Keçid linkləri

2025, 15 Yanvar, çərşənbə, Bakı vaxtı 09:43

Sobçak Putini seçkidən çıxartdıra bilmədi


Namizəd Kseniya Sobçak fevralın 16-da Ali Məhkəmədə
Namizəd Kseniya Sobçak fevralın 16-da Ali Məhkəmədə

Rusiyanın Ali Məhkəməsi hazırkı prezident Vladimir Putinin martın 18-də keçiriləcək seçkinin namizədliyindən çıxarılmasına dair namizəd Kseniya Sobçakın vəsatətini rədd edib.

Hakim Nikolay Romanenkov əvvəlcədən bəlli olan 16 fevral tarixli hökmündə deyib ki, Mərkəzi Seçki Komissiyası Putinin namizədliyini qeydə alarkən heç bir qanunsuzluğa yol verməyib.

2000-2008-ci illərdə iki müddətdə prezident olmuş Putin qısa dövr ərzində baş nazir olduqdan sonra 2012-ci ildə daha bir müddətə prezident seçilib və qarşıdan gələn seçkidə qalib gələrək dördüncü müddətə prezident olmaq istəyir.

Onun yüksək populyarlıq reytinqi və hakimiyyətin bütün qolları üzərində nəzarəti bu seçkidə də qalib gələcəyinə az şübhə yeri qoyur.

Seçkidə başqa 7 namizəddən biri olan Sobçak bildirir ki, Putin 2008-2012-ci illərdə Dmitri Medvedevin prezident olmasına baxmayaraq de facto icra hakimiyyətinə rəhbərlik edib.

Sobçakın qənaətinə görə bu o deməkdir ki, Putin yalnız iki müddətə prezidentlik icazəsi verən Konstitusiyanı pozub və buna görə də builki seçkidə iştirakı qanunsuz sayılmalıdır.

Sobçak bildirib ki, Putin-Medvedev növbələşməsi "bir nəfəri hakimiyyətdə saxlamağa" xidmət edib
Sobçak bildirib ki, Putin-Medvedev növbələşməsi "bir nəfəri hakimiyyətdə saxlamağa" xidmət edib

Sobçak məhkəmədə bildirib ki, Putin və Medvedev arasında 2008-ci ildə yer almış növbələşmə sövdələşməsi “bir nəfərin hakimiyyətdə saxlanmasına” xidmət edib.

MSK-nın nümayəndəsi Dmitri Voronin məhkəməyə bildirib ki, Putin iki müddətdə prezident olmaq limitinə əməl edib və hakimlər bu bəyanatla razılaşıblar.

Hökumətin tənqidçiləri bildirirlər ki, Rusiya məhkəmələri müstəqil deyillər və Kremlin tapşırıqlarını icra edirlər.

Sobçak belə məhkəmə qərarının gözlənilən olduğunu deyib və hökmdən apellyasiya qaydasında şikayət edəcəyini bildirib.

Sobçakın tənqididçiləri onu müxalifət siyasətçisi Aleksey Navalnının seçkiyə buraxılmadığı şəraitdə Kremlin oyununu oynamaqda ittiham edirlər.

Rusiya MSK Navalnını seçkiyə onun üzərindəki cinayət məsuliyyətinə görə buraxmayıb. Navalnı özünə qarşı ittihamların qondarma olduğunu bildirir.

XS
SM
MD
LG