Somalidə otelə silahlı hücum nəticəsində azı 26 nəfər ölüb,50-ə yaxın adamsa yaralanıb.
BBC-nin məlumatına görə,hücum ölkənin cənubundakı Kismayo şəhərində tərədilib.
Regional hakimiyyətin məlumatına görə, ölənlərin arasında, əslən Somalidən olan tanınmış kanadalı jurnalist Hodan Nalayeh və onun həyat yoldaşı, habelə 2 ABŞ və 1 Britaniya vətəndaşı da var.
Hücuma görə cavabdehliyi, “Aş Şabab” adlı yerli radikal islamçı qrup üzərinə götürüb.
Bu qrupla bağlı saytın yerləşdirdiyi bəyanatda deyilir ki, hədəf, regional nazirlər, deputatlar və region rəhbərliyinə namizəd olub.
İntiharçı öncə sursat dolu avtomobili otelə çırpıb, sonra isə binaya silahlı basqın olub.
Kismayo şəhəri paytaxt Moqadişin 500 kilometrliyində yerləşir.
Vaxtilə “Aş Şabab” qrupunun dayaq nöqtələrindən biri olan bu şəhər, 2012-ci ildə hökumət qüvvələri tərəfindən təmizlənib.
30 ildən çoxdur ki, Somalidə vətəndaş müharibəsi gedir. Ölkənin əksər ərazisi yaraqlı qrupların əlindədir.
BMT bu terror aktını kəskin pisləyib.