İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində N saylı hərbi hissəsinin baş leytenantı Toğrul Məmmədov həlak olub.
Xəbəri Müdafiə Nazirliyi yayıb.
Nazirlik snayper atəşini Ermənistan tərəfinin təxribatı kimi qiymətləndirir.
Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.
Ermənistan Müdafiə Nazirliyinin bu məsələylə bağlı münasibəti yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi ölkə mediasından hərbi məlumatları dəqiqləşdirmədən və rəsmi qurumun açıqlaması olmadan yaymaqdan çəkinməyi də tövsiyə edir.
Nazirlik anonim və ya qeyri-rəsmi mənbələrə söykənərək hərbi məlumatların yayılmasını «qarşı tərəfin maraqlarına xidmət» kimi dəyərləndirir.
Aprelin 2-5-də cəbhəboyu baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra vasitəçilər atəşkəsin bərpa olunması üçün danışıqlara başlayıb.