Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

‘ABŞ agentinin’ Rusiyadan qaçmasına görə rəsmilər cəzalandırılıb


ABŞ-ın Virciniya ştatında Oleg Smolenkova aid olduğu deyilən malikanə
ABŞ-ın Virciniya ştatında Oleg Smolenkova aid olduğu deyilən malikanə

Rusiya prezidenti Vladimir Putinin administrasiyası ABŞ-ın Kremldəki xəbərçisi olduğu iddia edilən Oleg Smolenkovun 2017-ci ildə ölkədən qaçmasına yol vermiş vəzifəli rəsmiləri cəzalandırıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu barədə Rusiyanın Interfax xəbər agentliyi hökumət mənbələrinə istinadən məlumat verib.

ABŞ mediasında Smolenkovun Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi şəkildə Rusiyadan çıxarılmış xəbərçisi olduğu iddia edilirdi.

Bu xəbərlərdə deyilirdi ki, MKİ 2017-ci ildə Smolenkovu onu gözləyən təhlükədən xilas etmək üçün “qaçırıb”.

Interfax-ın mənbələri iddia edirlər ki, Smolenkov iki il bundan əvvəl istirahət etmək üçün ailəsi ilə birlikdə Monteneqroya (Çernoqoriya) səfər edib, halbuki Moskva Rusiya rəsmilərinin bu ölkəyə səfərlərinə qadağan qoymuşdu.

Bu onunla bağlı idi ki, Monteneqro hökuməti Moskvanı bu ölkədə çevriliş hazırlamaqda ittiham etmişdi. Rusiya bu ittihamları rədd edirdi.

Kreml Smolenkovun ölkədən qaçmasına imkan vermiş rəsmiləri məsuliyyətsizlikdə və səhlənkarlıqda ittiham edib.

Interfax xəbər verir ki, bəzi məmurları buna görə vəzifəsindən kənarlaşdırıblar.

Smolenkovun adı bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Kremlin yüksək vəzifəli rəsmisini ələ alması ilə bağlı xəbərlərdə çəkilirdi.

Media xəbərlərinə görə ABŞ kəşfiyyatçısı olduğu iddia edilən Smolenkov bir neçə onillik ərzində Rusiya XİN-də və prezident administrasiyasında özünə karyera qurmuşdu.

Xəbərlərdə deyilir ki, o, 2017-ci ildə, ifşa olunacağı hiss ediləndə məxfi şəkildə Rusiyadan Monteneqroya keçirilib.

Bunun ardınca Rusiya Oleg Smolenkovun harada olması barədə Interpola sorğu göndərib.

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi agentin Rusiyadan çıxarılmasına dair xəbərlərin “dəqiq olmadığını” bildirib.

ABŞ prezidenti Donald Trump MKİ-nin bu cavabını “kafi” adlandırıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu xəbərlərə heç bir şərh verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG