Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:48

Telefonun batareyasını 'öldürən' 5 səbəb


İllüstrasiya
İllüstrasiya

#1: ZƏİF SİQNAL

Bura zəif Wi-F-ı da əlavə etmək olar.

Siqnal zəif olanda telefon davamlı olaraq daha güclü siqnal axtarmağa başlayır və batareya daha sürətlə boşaltmağa başlayır.

Əgər zəif siqnal olan əraziyə daxil olduğunuzu qabaqcadan bilirsinizsə, ya telefonu toka qoşun, ya da "Airplane mode"una ("Təyyarə rejimi"nə) keçirin.

Təyyarədəymişsiz kimi, yəni siqnalın olmadığı yerdəymişsiniz kimi telefon siqnal axtarışını dayandırır.

#2: DİSPLEYİN AŞIRI PARLAQLIĞI

Müasir displeylər çox parlaqdı. Bu da batareyanın daha sürətlə boşalmasına yol açır. Xüsusən də əgər siz telefondan çox istifadə edirsinizsə, displey tez-tez aktivasiya olunur.

Batareyanın tez ölməsini önləmək üçün ya parlaqlığı azaltmaq lazımdı, ya da telefonu "Auto-Brightness" rejiminə keçirmək.

Avtomatik parlaqlıq rejimi telefonu olduğunuz məkanın işığına uyğunlaşdırır. Yəni günorta çağı, Günəş şüalarının altında telefon avtomatik olaraq displeyin parlaqlığını azaldır.

Buna da bax: Çinin qlobal senzura cəhdləri. Facebook, Google rejimlə əməkdaşlıq edir?

#3: SOYUQ HAVA

Soyuq hava batareyanın "anasını ağladır". Xüsusən mənfi temperaturlarda telefon cəmi bir neçə dəqiqəyə tam boşala bilər.

Bunu önləmək üçün telefonunuzu otaq temperaturuna yaxın temperaturda saxlamağa çalışın.

Soyuq havada telefonu əlinizdə gəzdirməyin, cibinizə qoyun. Harasa zəng edirsinizsə, bunu açıq havada yox, qapalı məkanda edin.

Telefon futlyarından istifadə edin.

#4: BUG-LAR

Kodunda problem olan app-lər də batareyanın daha tez boşalmasına səbəb ola bilir.

Hətta Facebook və Youtube-un app-lərində də belə problemlər olur. Hətta telefonu istifadə etməsəniz belə, o, saatlarca bug-larla "uğraşmalı" olur, bu da batareyanı boşaldır.

Əgər telefonunuzun batareyası qəfil boşalırsa, "günahkarı" "Settings > Battery"də tapa bilərsiz, orda məsələn. "son 24 saat", yaxud "son 7 gün" seçimini edib batareyanı nəyin öldürdüyünü görmək olar. Hansı app daha çox işləyibsə, "günahkar" güman ki odur.

Ya həmin app-i pozmalı, ya da "Settings > General > Background App Refresh"ə keçib bir funksiyanı söndürməlisiz.

"Refresh in the background" adlanan həmin funksiya app-dən çıxsanız belə ona öz işini davam etdirmək imkanı verir. O funksiyanı söndürsəz, bug-lar daha "gizli şəkildə" batareyanızı "yeyə" bilməyəcək.

#5: KÜLLİ MİQDARDA BİLDİRİŞ ALMAQ

Hər bildiriş displeyi aktivləşdirir. Əgər istifadə etdiyiniz app-lərin davamlı olaraq sizə "notification" göndərdiyini bilirsinizsə, tədbir görün.

"Settings > Notifications"ə gedib həmin app-ləri tapın və "Show on Lock Screen" funksiyasını söndürün.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG