Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:31

20 min dollarlıq smartfon bazara çıxarılır


Apple 5 Black Diamond
Apple 5 Black Diamond

-

20 min dollarlıq smartfon satışa çıxarılacaq.

«Reuters»in xəbərinə görə, bu telefon Böyük Britaniya və İsrailin texnologiya şirkətlərinin ortaq məhsuludur.

Bu telefonun hərbi səviyyədə təhlükəsizlik funksiyalarına sahib olduğu bildirilir.Şirkət qurucularının açıqlamalarına görə, smartfon bazardakı ən yeni telefonları 2-3 fərqli texnoloji imkanla qabaqlayır.

«Android» əməliyyat sistemi ilə çalışacaq cihazın mayda satışa çıxarılacağı bildirilir.

Telefon istehsalçılarının fikrincə, Avropa və Amerikadakı minlərcə şirkət rəhbəri yeni smartfon üçün 20 min dolları həvəslə gözdən çıxaracaq. Səbəb də odur ki, hakerlər şirkətdən ötrü çox vacib bilgiləriadi smartfonlardan ələ keçirə və bununla şirkətlərə çox böyük ziyan vura bilərlər.

Üzərində bir ədəd qara almaz olan və 15 milyon 300 min dollara satılan «Apple 5 Black Diamond» bugünədək ən bahalı telefon sayılır.

XS
SM
MD
LG