Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 16:10

Slovakiyada MİQ-29 qəzaya uğrayıb


Arxiv foto

Slovakiyada sovet istehsalı olan MİQ-29 hərbi təyyarəsi qəzaya uğrayıb. Bu barədə ölkənin Müdafiə nazirliyi məlumat yayıb. Hadisənin sentyabrın 28-də Bratislava şəhərindən 100 kilometr şərqdə Nitra şəhəri yaxınlığında baş verdiyi bildirilir.

Qəzanın təlim uçuşu zamanı baş verdiyi, pilotun hazırda xəstəxanada olduğu və həyatına təhlükə olmadığını bildirir. Qəzanın səbəbləri ilə bağlı istintaq tamamlanana qədər MİQ-29 təyyarələrinin uşuçu dayandırılıb.

Slovakiya 14 ədəd F-16 hərbi təyyarələrinin alınması ilə bağlı 2018-ci ildə ABŞ-dakı Lockheed Martin firması ilə müqavilə imzalayıb.

İmzalanan sənəddə F-16 döyüş təyyarələrinin birinci partiyasının 2022-ci ilə qədər Slovakiyaya gətirilməsi planlaşdırılır.

Bu il iyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib və Xəzər dənzinə düşüb. Bir müddət sonra təyyarənin qalıqları və pilotun cəsədi dənizin dibindən qaldırılıb. Rəsmi açıqlamaya görə, Azərbaycana məxsus hərbi təyyarə gecə məşq uçuşları zamanı yad cisimlə toqquşaraq qəzaya uğrayıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG