Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:52

'Slovakiyada İslama yer yoxdur'


Kilsə (arxiv fotosu)
Kilsə (arxiv fotosu)

Çərşənbə günü Slovakiya parlamenti İslamın yaxın gələcəkdə din kimi rəsmi statusa yiyələnməsini əngəlləməkdən ötrü qanun qəbul edib. Bu, bütün Avropa Birliyində antimüsəlman əhval-ruhiyyənin artdığı dönəmdə baş verir.

Keçmiş kommunist dövləti olan Slovakiya 2015-ci ildən bəri Avropa Birliyinin, əsasən, müsəlmanlardan ibarət böyük qaçqın axınının qəbuluyla bağlı qərarlarına dirəniş göstərir. Baş nazir Robert Fico-nun hökuməti bəyan edib ki, Slovakiyada islama yer yoxdur.

Buna da bax:​ Katolik kilsənin ordinarisi: «Günahı pisləmək lazımdır»

5 MİN MÜSƏLMAN

Sözügedən qanun layihəsinin müəllifi Fico-nun koalisiya hökumətinin daha azsaylı üzvü olan Slovak Milli Partiyasıdır (SNS). Parlamentin qərarına görə, dini icmanın öz məktəblərini açması və buna dövlət subsidiyası almasından ötrü, ən azı, 50 min üzvü olmalıdır. Əvvəllər bu say 20 min idi.

Bu dəyişiklik Slovakiyada, son siyahıyaalmanın nəticələrinə görə, cəmi 2 min davamçısı olan islam icmasının qeydiyyatını çətinləşdirəcək. Slovakiyada rəsmən tanınmış məscid də yoxdur. Slovakiya İslam Fondu ölkədə 5 min müsəlmanın olduğunu bildirir.

SNS partiyası iddia edir ki, yeni qanun "Uçan Spagetti Mostru" satirik Kilsəsi kimi dünyada davamçıları olan kilsələrin spekulyativ qeydiyyatını əngəlləmək məqsədi daşıyır.

Buna da bax: Məscid, kilsə, sinaqoq bir binada- [Video]

"İslamlaşma kababla başlayır, o da artıq Bratislavadadır. Gəlin beş – on ilə bizi nə gözləyə biləcəyini anlayaq... Biz gələcəkdə heç bir məscidin tikilməməsi üçün bacardığımızı etməliyik", – deyə SNS sədri Andrej Danko bildirib.

İslam Fondu bu bəyanata dərhal münasibət bildirməyib.

250 MİN ÜZV TƏKLİFİ RƏDD OLUNUB

Millət vəkillərinin 2/3-si qanunun lehinə səs verib. Onların arasında həm iqtidar, həm də müxalifət deputatları olub. Deputatlar müxalifətdə olan ifrat sağçı Bizim Slovakiya Xalq Partiyasının layihəsini rədd ediblər. Bu layihədə qeydiyyatdan keçməyə dini icma üzvlərinin sayının 250 minə qaldırılması təklif olunurdu.

Mərkəzi Avropada yerləşən kiçik Slovakiyanın əhalisi 5,4 milyon nəfərdir. Əhalinin 62 faizi Roman Katolik məzhəbinə aid xristianlardır.

Buna da bax:​ İsa peyğəmbərin dəfn edildiyi mağara tapılıb?

Danko islamın qeydiyyatdan keçməsini əngəlləməkdən ötrü addımlar atmağa çağırıb. O, həmçinin ictimai yerlərdə Burka geyilməsinin, habelə məscid və minarə tikintisinin yasaqlanmasını təklif edib.

2015-ci ilin əvvəlindən Avropaya axışan 1,36 milyon yeni mühacirin qəbulu ilə bağlı Avropa Birliyinin üzləşdiyi çətinliklər, islamçıların silsilə qanlı hücumları bütün AB-də antimüsəlman əhval-ruhiyyənin güclənməsinə yol açıb. İfrat sağçı, antimühacir partiyalar daha da fəallaşıb. Gələn il baş tutacaq bir neçə mühüm seçki ərəfəsində hakimiyyətdəki mərkəzçi partiyalar da sağa yönlənməyə başlayıblar.

Buna da bax:

Dabanlı ayaqqabı şəkilli kilsə
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG