Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:27

Keçmiş casus Skripalın qızının durumu ‘sürətlə yaxşılaşır’


Britaniyanın səhiyyə rəsmiləri bildirirlər ki, İngiltərədə atası, keçmiş Rusiya casusu Sergey Skripalla birlikdə zəhərlənmiş Yulia Skripalın vəziyyəti artıq kritik deyil və onun sağlıq durumu martın 4-dən bəri ilk dəfə olaraq sürətlə yaxşılaşır.

Zəhərlənmənin baş verdiyi Solsberi şəhərindəki xəstəxananın tibbi direktoru Christine Brandshard martın 29-da deyib: “Mən Yulia Skripalın durumunda yaxşılama getdiyini bəyan etməyimə çox məmnunam. O müalicəyə yaxşı reaksiya göstərir, lakin sutkada 24 saat ərzində ekspertlərin nəzarətindədir”.

Ata və onun qızı – Skripallar martın 4-də Solsberi şəhərindəki parkda, skamyanın üstündə huşsuz vəziyyətdə tapılmışdılar.

Tibb rəsmiləri bildirirlər ki, keçmiş casus Sergey Skriplaın durumu kritik, lakin sabit olaraq qalır.

Britaniya keçmiş Rusiya casusunun və onun qızının zəhərlənməsini Rusiyadan görür.

İndiyədək 150-dən çox Rusiya diplomatı ABŞ, Kanada, NATO və Avropa ölkələrindən qovulub.

XS
SM
MD
LG