Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 23:07

Azərbaycan Skripal məsələsində Rusiyanın mövqeyini dəstəkləyib


Rusiya kimyəvi silahların qadağanına nəzarət edən qlobal təşkilatda keçirilən səsverməni uduzub.

Kimyəvi Silahların Qadağanı Təşkilatının (Organization for the Prohibition of Chemical Weapons - OPCW) aprelin 4-də keçirilən iclasında keçmiş Rusiya casusu Sergey Skripalın İngiltərədə zəhərlənməsinə dair müzakirə keçirilirdi.

Rusiya bu insidentin araşdırılmasına öz ekspertinin də cəlb edilməsi tələbini qoymuşdu.

Reuters agentliyi xəbər verir ki, aprelin 4-də təşkilatın bağlı qapılar arxasında keçirilən bu iclasında Rusiyanın təşəbbüsünü Çin, Azərbaycan, Sudan, Əlcəzair və İran müdafiə ediblər. Təşkilatın 17 üzvü səsvermə zamanı bitərəf qalıb.

Səsvermədə 41 ölkənin nümayəndələri iştirak edirdilər. Beləliklə, bu səsvermədə Rusiyanın təklifi keçməyib.

Bu arada Rusiyanın BMT-dəki səfiri Skripalın zəhərlənməsi ilə bağlı aprelin 5-də BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsinə çağırıb.

Bundan əvvəl aprelin 4-də Britaniyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı nümayəndə heyəıti Moskvanın insidentə dair müştərək Brianiya-Rusiya təhqiqatının keçirilməsi təklifini rədd edib.

London bildirib ki, hər hansı belə təşəbbüsdə bulunmazdan əvvəl Moskva Londonun legitim suallarına cavab verməlidir.

Bu arada Almaniya hökumətinin sözçüsü deyib ki, Berlin Skripala kimyəvi hücumda Rusiyanın əsas şübhəli olmasına dair Londonun mövqeyini bölüşməkdə davam edir.

Rusiya prezidenti Vladimir Putin aprelin 3-də ümid etdiyini bildirmişdi ki, Kimyəvi Silahların Qadağanı Təşkilatındakı müzakirə Skripal insidenti ilə bağlı yaranmış diplomatik qarşıdurmaya son verəcək.

Britaniyada keçmiş Rusiya casusu Skripalın zəhərlənməsi ilə bağlı 20-dək Qərb ölkəsi 150-dən çox Rusiya diplomatını qovub.

XS
SM
MD
LG