Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:12

Siyasi partiyalar haqda qanun sərtləşdirilə bilər


Siyavuş Novruzov
Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinə siyasi partiyaların və ictimai birliklərin maliyyələşdirilməsi ilə bağlı çoxsaylı təkliflər daxil olub.

Bunu «Turan» Agentliyinə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. O vurğulayıb ki, dünyada siyasi partiyaların maliyyələşdirilməsinin müxtəlif forma və vasitələri var.

«Azərbaycanda siyasi partiyalar dövlət büdcəsindən, üzvlük haqlarından və vətəndaşların ianələri hesabına maliyyələşir. İstər dövlət büdcəsindən, istərsə də üzvlük haqlarından, vətəndaşların ianə və yardımlarından maliyyələşən siyasi partiyalar şəffaflığın təmin olunması üçün aidiyyəti orqanları, ictimaiyyəti məlumatlandırmalıdırlar. İndiyədək, yəni qanuna dəyişiklik edilənədək YAP-dan başqa heç bir siyasi partiya maliyyələşdirilməsi ilə bağlı ictimaiyyətə məlumat verməyib», - o qeyd edib.

Eyni adda iki partiya... Bəs sonra?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

S.Novruzovun bildirməsinə görə, sonradan qanuna dəyişiklik edilib ki, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasının rəsmi saytında rüblük və illik maliyyə hesabatlarını dərc etsinlər.

«Burada söhbət yalnız siyasi partiyalardan getmir. Eyni zamanda, siyasi partiyalarda çalışan insanların əməkhaqqından, əmək haqlarının vergiyə cəlb olunmasından, sosial müdafiəsindən və başqa təminatlardan söhbət gedir», - o bildirib.

PARTİYALAR MƏHKƏMƏYƏ VERİLƏ BİLƏR

Komitə sədrinin deməsinə görə, siyasi partiyaların maliyyələşdirilməsi şəffaf olmadığından, partiya üzvlərinin çox fərqli həyat tərzi var:

«Bu səbəbdən partiyanın bir üzvünün çox yaxşı təminatı var, digəri isə yaşayışını çox çətinliklə təmin edir».

S.Novruzov hesab edir ki, qanuna maliyyə hesabatı təqdim etməyən qurumlarla da bağlı müddəa əlavə edilməlidir. Onun deməsinə görə, komitəyə bununla bağlı təkliflər daxil olmaqdadır.

«Təklif ondan ibarətdir ki, hər bir siyasi partiya şəffaflığın təmin olunmasında əməli-salehdirsə, hesabat verməlidir. Hesabat vermədiyi təqdirdə bir neçə, mərhələli şəkildə addımlat atılmalıdır. Birinci, həmin təşkilatlara xəbərdarlıq olunmalıdır, ikincisi, onlar haqqında müvafiq məhkəmələrə müraciət edilməlidir, üçüncüsü, maliyyə hesabatını təmin etməyən təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir», - o bildirib.

Əli Kərimli: "Xalq kasıblayır, korrupsioner təbəqə varlanır" (2-ci video)
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

«MİTİNQLƏRİN HAMISI EYNİ MƏRKƏZDƏN İDARƏ OLUNUR»

S.Novruzov Milli Şuranın keçirəcəyi mitinq, «Talana yox» və başqa şüarlar ilə bağlı sualın cavabında isə bunları deyib:

«Mitinqlər Azərbaycanın müstəqil şəkildə atdığı addım və siyasət ilə bağlıdır. Məsələn, neft müqavilələrinin yeniləşməsindən bir ay öncə Avropa və Amerika mətbuatında antiazərbaycan mövqeyində məqalələr dərc olunmağa başladı. Azərbaycana qarşı korrupsiya ilə bağlı ittihamlar başladı. Hansı ki, bunların əlində heç bir əsas yox idi. Eyni zamanda da, Azərbaycanda müxalifət partiyalarının bir hissəsi mitinq keçirmək barədə qərar qəbul etdi. Bu, gözlə görünür ki, bunların hamısı eyni mərkəzdən idarə olunur. Erməni lobbisi, onlara xidmət göstərən müəyyən siyasətçilər, qeyri-hökumət təşkilatları... Azərbaycanda müxalifətin bir hissəsi də alətdirlər. Hansı tərəfə çevirirlər, bunlar o tərəfə də addımlar atmaqla məşğuldur. Azərbaycanın güclənməsi, məsələn, yeni silahların alınması (bu gün bütün dünyada bu qeyd olunur) Ermənistanı qorxuya salır. Ermənistanda yaşayan insanlar Dağlıq Qarabağda xidmətə öz övladlarını göndərmək istəmədikləri barədə bəyanat yaydığı anda müxalifətinin bir hissəsi qeyd edir ki, Azərbaycandakı silahlar köhnədir. Azərbaycan müdafiə sistemində korrupsiya var. Bunlar guya köhnə silahlar alıblar. Bunlar qəti şəkildə yalandır, özü də ağ yalandır. Bu, birbaşa erməni mətbuatına, erməni ictimaiyyətinə xidmətin bariz nümunəsidir. Bunların keçirdiyi aksiyaların heç biri Azərbaycan xalqının maraqlarına xidmət etmədiyinə görə elektorat və sosial baza olmur. Bundan sonra da olmayacaq».

XATIRLATMA

Demokratik Qüvvələrin Milli Şurası sentyabr ayından kütləvi aksiyalara başlayıb. Sentyabrın 23-ü və oktyabrın 7-si paytaxtda «Talana yox» şüarı ilə aksiya keçirilib. Milli Şura rəhbərləri çıxışlarında bildiriblər ki, Azərbaycanın neft siyasəti xalqın yox, Əliyevlər ailəsinin maraqlarına xidmət edir. Onların fikrincə, orduya ayrılan pulların bir hissəsi mənimsənilib.

Milli Şura rəhbərliyi hesab edir ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.

XS
SM
MD
LG