Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:50

Hökumət tanımaq istəmədiyi siyasi məhbus problemini həll edə bilərmi?


Polis Qarabağda həlak olan hərbçilərin yaxınlarına qarşı: saxlanan var
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Polis Qarabağda həlak olan hərbçilərin yaxınlarına qarşı: saxlanan var

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olduğunu rədd edir, hüquq müdafiəçiləri isə bu sahədə durumun günü-gündən pisləşdiyini bəyan edirlər.

Dekabrın 7-də siyasi məhbuslarla bağlı yeni siyahı açıqlanıb. Bura 150 nəfərin adı salınıb. "Azərbaycan siyasi məhbusların azadlığı uğrunda" Birliyinin hazırladığı siyahıdakıların bir çoxu 2015-ci ilin Nardaran hadisələri zamanı həbs olunanlardır.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Mehman Əliyev deyir ki, Azərbaycanda hökumət siyasi məhbus probleminin həllinə çalışmır, əksinə bu problem daha da dərinləşir. O bildirir ki, siyasi motivli həbslərin sayı artıb:

“Azərbaycan vətəndaş cəmiyyətinə uzun müddətdir basqılar var. Hətta siyasi fəaliyyətinə görə həbslər sərhədləri də keçib. Xaricdə yaşayan azərbaycanlı fəallara qarşı yeni cinayət işi başlanıb”.

Mehman Əliyev deyir ki, hökumət hər vasitə ilə öz təndiqçilərini susdurmağa çalışır.

Azərbaycan parlamentinin vise-spikeri Bahar Muradova Azərbaycanda siyasi məhbus probleminin olması haqda fikirlərlə razılaşmır. O dekabrın 10-da bildirib ki, ölkədə kimsə siyasi fəaliyyətinə görə təqib olunmur. Bahar Muradovanın sözlərinə görə, siyasi məhbus hesab olunan şəxslər qanun pozuntusuna yol verdiyinə görə həbs olunublar.

Problemi danmaq məntiqsizdir

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı ilə əlaqədar Tbilisidə keçirilən forumda Azərbaycanla bağlı da qətnamənin qəbulu nəzərdə tutulur. Vətəndaş Cəmiyyəti üzvləri üçün keçirilən foruma qatılan hüquq müdafiçəsisi Rəsul Cəfərov deyir ki, həmin qətnamədə bir hissə də məhz siyasi məhbuslarla bağlıdır. Onun fikrincə, Azərbaycanda siyasi məhbus problemini danmaq məntiqsiz görünür:

“Azərbaycan Avropa Şurasının yeganə üzv ölkəsidir ki, Avropa məhkəməsinin 8 qərarında iddiaçının azadlıq hüququnun məhz siyasi səbəblərdən pozuluduğu qənaətinə gəlinib. İntiqam Əliyevlə bağlı işə isə Avropa Məhkəməsi bir paraqraf əlavə edib. Orada qeyd olunur ki, Azərbayca hakimiyyəti öz rəqiblərini, tənqidçilərini hədəfə alır və onları cinayət məsuliyyətinə cəlb edir. Yeri gəlmişkən Azərbaycan yeganə Avropa Şurası ölkəsidir ki, bu ölkəyə ayrıca siyasi məhbus üzrə həmməruzəçi təyin olunub. Lakin bəzi hallarda siyasi məhbus məsələsi tərəflərin alver predimetinə çevrilir”.

Rəsul Cəfərovun fikrincə, hökumətlər siyasi məhbusları azad edəcəyi halda hansısa üstünlüklər və ya güzəştlər əldə etməyə çalışır. Onun fikirincə, bu problemin həlli üçün danışıqlara sərf edilən vaxt çoxdan keçib. Konkret sanksiyaların tətbiqi ilə bağlı məsələ tam olmasa da qismən həllini tapa bilər.

Hökumət xaricdəki tənqidçilərini də təqib edir

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Mehman Əliyev deyir ki, Azərbaycan hökuməti nəinki daxildəki təndiqçilərini, hətta xaricdə yaşayanları da müxtəlif formalarda təqiblərə məruz qoyub. O yada salır ki, dekabrın əvvəlində Hollandiyada yaşayan azərbaycanlı fəal Orduxan Teymurxana qarşı cinayət işi başlanıb və barəsində beynəlxalq axtarış verilib:

“Hakimiyyətin əlində olan media resursları, sosial şəbəkədəki trollar tənqidlərin qarşısını ala bilmirlər. Belə demək mümkünsə ideoloji mübarizədə döyüşü uduzurlar. Ona görə də ənənəvi bir üsul qalır, hüquq mühafizə orqanlarının köməyi ilə siyasi fəalların təqibi və onların həbsi. Sadəcə olaraq, xaricə əlləri çatmır, verirlər axtarışa. Amma düşünürəm ki, bu da daha çox daxili bazara hesablanıb. Onların gözünü qorxutmağa çalışırlar”.

Mehman Əliyevin fikrincə, xaricdə yaşayan fəalların Azərbaycandakı qohum-əqrabalarına təzyiqlər də nəticə verməyəndən sonra hökumət bu addımı atmağa məcbur olub.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, Azərbaycanda nə qədər siyasi məhbus var?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Siyasi məhbus məsələsi bir çox Qərb ölkələrinin diqqətindədir. Avropa İttifaqının üzvü olan Hollandiya bu ilin noyabrında təklif edib ki, siyasi faəliyyətinə görə vətəndaşını təqib və təzyiq edən hökumətlərə qarşı qlobal sanksiyalar qəbul olunsun.

Hüquq müdafiəçisi Rəsul Cəfərov düşünür ki, Avropa Şurasının da qlobal sanksiyalar haqda qərarı dəstəkləməsi ondan xəbər verir ki, Azərbaycan da bundan yan keçə bilməyəcək. Onun fikrincə, siyasi məhbus problemi həll olunmasa Azərbaycanda da vəzifəli şəxslər sanksiyalarla üzləşə bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG