Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 12:43

'Siyasi məhbus məsələsi Azərbaycan üzərində 'Damokl qılıncı' kimi asılır'


Media azadlığı
Media azadlığı

Bu il əvvəlki bir çox illərdən fərqli olaraq Novruz bayramında Azərbaycanda prezident əfv sərəncamı imzalamadı. Üstəlik, ötən il qəbul edilən və bu günlər icrası başa çatan Amnistiya aktı da siyasi məhbus sayılan şəxslərdən cəmi iki nəfərə şamil edildi. Halbuki, bu günlər Azərbaycanda siyasi məhbus sayılan şəxslərin bir çox ailə üzvü bayram ərəfəsində əfvlə bağlı gözləntilərini dilə gətirmişdilər.

Yerli hüquq müdafiəçilərinin tərtib etdiyi siyahılara görə, (vahid siyahı yoxdur) hazırda ölkədəki həbsxanalarda 100 civarında siyasi məhbus cəza çəkir. Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın bununla bağlı siyahısında düz 126, Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupunun sənədində isə 112 nəfərin adı var.

Ə.Nuriyev
Ə.Nuriyev

"67 əfv sərəncamı olub"

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Turan"a bildirib ki, indiyə qədər ölkədə 67 əfv sərəncamı olub: "Bu sərəncamların nəticəsində 9 minə qədər şəxs azad edilib. 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən 37 əfv sərəncamı imzalanıb və 5 minə qədər şəxs cəzadan azad edilib. Ötən il də əfv sərəncamı imzalanıb və böyük sayda şəxslər əfv olunub".

Onun fikrincə, bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının olmaması ötən ilin noyabrın 5-də Amnistiya aktının qəbul olunması ilə bağlı ola bilər: "Amnistiya aktı dörd ay ərzində icra olunub və yalnız martın 5-də onun icrası başa çatdı. Bu Amnistiya aktı 17 minə yaxın şəxsə şamil olunub".

Azərbaycan ili 122 'siyasi məhbus'la başa vurur
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

"Əfv Komissiyası üçün siyasi məhbus anlayışı yoxdur"

Amma, Ə.Nuriyevin sözlərinə görə, Əfv Komissiyası üçün "siyasi məhbus" anlayışı yoxdur: "Əfv Komissiyası hər kəsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanaşmalıdır və fərq qoyulmamalıdır. Əfv Komissiyası hər zaman məsələyə obyektiv yanaşır. Humanizm, mərhəmət, insan hüquq və azadlıqlarına hörmət prinsiplərini əsas götürərək cənab prezidentə bu və ya digər müraciətlə bağlı öz rəyini təqdim edir. Cənab prezident də bu şəxslərin azad edilib-edilməməsi ilə bağlı qərar qəbul edir".

O bildirib ki, hüquq müdafiəçiləri, deputatlar və Ombudsmanın müəyyən müraciəti var: "Bu müraciətlər öyrənilir, emal edilir və Əfv Komissiyasının iclasları başlayan kimi onlara baxılacaq. Qərar isə cənab prezidentin səlahiyyətinə aid olan məsələdir".

B.Süleymanlı
B.Süleymanlı

"Bu problemin həlli dalana dirəndi"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, 2020-ci ildə hökumət siyasi partiyalarla və vətəndaş cəmiyyəti ilə dialoq prosesini başlayanda siyasi məhbus probleminin birdəfəlik həlli gündəmə gəlmişdi: "Dialoq prosesində iştirak edən REAL Partiyası və vətəndaş cəmiyyətinin nümayəndələri bildirmişdi ki, bu məsələ birdəfəlik həll olunmalıdır və insanların siyasi baxışlarına görə təqib olunması, həbs olunması birdəfəlik aradan qaldırılmalıdır. Hökumət bildirmişdi ki, bu məsələnin üzərində proses gedir".

Lakin, hüquq müdafiəçinin sözlərinə görə, bu məsələdə irəliləyiş olmadı: "Bu problemin həlli dalana dirəndi. Ötən il verilən Amnistiya aktı ilə çox az sayda siyasi məhbus azad olundu".

O hesab edir ki, siyasi məhbuslar məsələsi Azərbaycan üzərində "Damokl qılıncı" (təhdid) kimi asılır. B.Süleymanlı vurğulayır ki, beynəlxalq təşkilatların yaydıqları hesabatlarda Azərbaycan siyasi azadlıqların indeksinə görə, həmişə qara siyahılara düşür: "Bu da arzuolunmaz bir haldır. Ölkənin imici, beynəlxalq əlaqələr, lobbiçilik baxımından bu pisdir. Hətta bu kontekstdən çıxış edərək Azərbaycan əleyhinə bəzən qərəz payı olan, bəzən haqlı olaraq hesabatlar yayılır".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG