Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:32

Siyasi məhbus sayılanların ‘Son söz’ü


"Son söz" kitabı
"Son söz" kitabı

Mayın 23-də Bakıda “Son söz” adlı kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimində vaxtıilə siyasi məhbus kimi tanınan şəxslər, onların ailə üzvləri, hüquq müdafiəçiləri iştirak edib.

D-18 Hərəkatının təqdim etdiyi kitabda 10 il ərzində siyasi məhbus sayılan bir çox şəxslərin məhkəmələrdə dedikləri son sözlər toplanıb.

"Son söz" kitabının təqdimatında
"Son söz" kitabının təqdimatında

Kitab 5 hissəyə bölünüb. Nəşrdə jurnalistlərin, blogerlərin, yazarların, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasilərin, inanclı insanların, həbsxanada vəfat edən və həbsdən sonra dünyadan köçən siyasi məhbus sayılan şəxslərin çıxışları dərc edilib.

Tədbirdə hərəkatın sədri Ruslan İzzətli qeyd edib ki, ölkədə onlarla siyasi məhbusun olması üzücü haldır...

Xatırlatma

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda ölkə həbsxanalarında 100-ə yaxın siyası məhbus var.

Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər, məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG