Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:01

Siyahıyaalmadan kənarda qalanlar... 


Bakı fəvvarələr meydanı, arxiv foto
Bakı fəvvarələr meydanı, arxiv foto

Bu il oktyabrın 1-dən 10-na kimi Azərbaycanda əhali növbəti dəfə siyahıya alınıb.

“ Sevindirici haldır ki, ölkə əhalisi siyahıyaalma prosesində fəal iştirak edib.”

Bunu Dövlət Statistika Komitəsinin ( DSK) mətbuat katibi Elməddin Quliyev bildirib.

Amma E.Quliyev əlavə edib ki, bu fəallığa baxmayaraq bəzi hallarda evlərə gedən sayıcılar ailə başçısı və ya üzvləri ilə görüşə bilməyiblər. Onun sözlərinə belə hallarda sayıcılar həmin evlərə məktub qoyaraq sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və onlarla əlaqə saxlanılıb bu barədə məlumat verilməsini xahiş ediblər.

Dövlət Statistika Komitəsin, 25 yanvar 2007
Dövlət Statistika Komitəsin, 25 yanvar 2007

Komitənin sözçüsü deyir ki, oktyabrın 11-i ilə 15-i arasında təlimatçı-nəzarətçi və sayıcılar nəzarət gəzişləri həyata keçirib evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkəcəklər.

“Cavab verənlərin 75 faizindən çoxu..”

Siyahıyaalma prosesini izləyən ictima fəal Bəxtiyar Hacıyev də deyir ki, bu proses ölkənin demoqrafik və statistik göstəricilərinin müəyyənləşməsi, növbəti illərlə bağlı iqtisadi, siyasi, sosial proqnozların verilməsi üçün vacib prosesdir.

Amma o, bu prosesin təbliğatı və icrasının qənaətbəxş olmadığı fikrindədir.

“Oktyabr ayının ilk günlərindən yaşadığım ərazi üzrə əhalinin siyahıyaalınmasını müşahidə etmək istəsəm də, bu prosesi həyata keçirən şəxsləri müşahidə edə bilmədim. Buna görə də proses bitdikdən sonra sosial şəbəkələrdə "sizi siyahıya aldılarmı?" sualı ilə kiçik bir sorğu keçirdim. Məlum oldu ki, cavab verənlərin 75 faizindən çoxunun yaşadıqları binalara gələnlər olmayıb”, ictimai fəal bildirir.

Bəzi hallarda telefonla siyahıyaalma olub-iddia

Bəxtiyar Hacıyev, 2012
Bəxtiyar Hacıyev, 2012

Onun sözlərinə görə, siyahıya alındığını deyənlərin isə bir qismi bu prosesin telefonla həyata keçirildiyini, siyahıyaalma prosesində nəzərdə tutulmuş blankdakı bütün sualların soruşulmadığını söyləyiblər.

B.Hacıyevin deməsinə görə, başqa bir qrup insan isə şəxsiyyət vəsiqələrinin toplanaraq, yaxud da əldə dəftərlə sadəcə ad, soyad, ünvan, yaş kimi bəzi məlumatların qeyd edildiyini, digər sualların soruşulmadığını bildiriblər.

“Doğrudan da 40 000 min insan bu prosesə cəlb edilsəydi...”

Siyahıyaalma üçün dövlət büdcəsindən 23.2 milyon manatın ayrıldığını, prosesə 40 000 nəfərə yaxın şəxsin cəlb olunduğunu deyən B.Hacıyev hesab edir ki, bu vəsait və insan resursları ilə işin öhdəsindən tam gəlmək mümkün idi:

“Doğrudan da 40 000 min insan bu prosesə cəlb edilsəydi, hər bir insan gün ərzində 25 nəfəri qeydə alsa, hamı siyahıyaalma prosesində iştirak etmiş olardı”, B.Hacıyev belə söyləyir.

B.Hacıyev hesab edir ki, ölkə rəhbərliyi bu məsələni ciddi araşdırmalı və uygun tədbirlər görməlidir.

“İşsizlərin sayı yenə də dəqiq bilinməyəcək”

Ekspertlər bu proseslə bağlı bir məqamı da qabardırlar. Onlar vurğulayırlar ki, blankda vətəndaşdan birbaşa işləyib-işləmədiyi soruşulmayıb. Onlar hesab edirlər ki, belədə isə ölkədə işsizlərin sayı yenə də dəqiq bilinməyəcək.

DSK və başqa rəsmi qurumlardan, hələlik, səslənən bu iradlara münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu il oktyabrın 1-dən 10-dək Azərbaycanda əhalinin növbəti siyahıyaalınması aparılıb.

Siyahıyaalınma prezidentin 2016-cı il sentyabrın 7-də verdiyi (“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında") fərman əsasında gerçəkləşdirlib.

Bu məqsədlə Dövlət Statistika Komitəsində (DSK) 32 nəfərdən ibarət Siyahıyaalma qrupu yaradılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb.

Siyahıyaalma zamanı sorğu vərəqəsində hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili, sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi, yaxud müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri və başqa göstəricilər üzrə suallar öz əksini tapıb.

Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG