Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:20

Dünyada kim nə qədər silah satıb?


Foto arxivdəndir
Foto arxivdəndir

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu və ya qısaca olaraq SIPRI (Stockholm International Peace Research Institute) kimi tanınan təşkilat Silah istehsal edən və hərbi xidmət göstərən şirkətlərin 2016-cı il üçün zirvə 100-lüyünü açıqlayıb.

SIPRI-nin hesablamalarına görə bu yüz şirkət ötən il ümumilikdə 374, 8 milyard dollarlıq silah və hərbi avadanlıq istehsal edib, habelə texniki xidmətlər göstərib.

Bu, 2015-ci il üçün olan rəqəmdən 1, 9 faiz çoxdur, lakin 2002-ci ildə SIPRI öz hesabatlarına başlayan ildən 38 faiz artım deməkdir.

Bundan əvvəlki beş il ərzində SIPRI-nin ilk yüzlüyünün silah satışı göstəriciləri azalmaqda idi.

Birləşmiş Ştatlar

2016-cı ildə ABŞ şirkətlərinin silah satışındakı payı da artıb.

ABŞ şirkətlərinin ümumi dəyəri 217, 2 milyard dollar olan silah satışı 2016-cı ildə 4 faiz artıb.

Birləşmiş Ştatların 2016-cə ilin silah satışındakı payı 57, 9 faizdir.

Qərbi Avropa

Qərbi Avropa şirkətlərinin silah satışı sabit qalıb, amma profillər şaxələnib.

SIPRI Top 100 zirvə siyahısına salınmış Qərbi Avropa şirkətləriinin payına 2016-cı ildə 91, 6 milyard dollar düşür və bu, 2015-ci illə müqayisədə 0, 2 faiz artım deməkdir.

Belə görünür ki, Birləşmiş Krallığın Avropa İttifaqından çıxmaq qərarı onun silah satışı həcmlərinə elə də təsir etməyib. Britaniya 2015-ci illə müqayisədə 2016-cı ildə 2 faiz artıq silah satıb.

Rusiya

Rusiyanın silah satışı artıb, amma artım sürəti yavaşıyıb.

SIPRI Top 100 siyahısındakı Rusiya şirkətlərinin silah satışı 2016-cı ildə 3, 8 faiz artaraq 26, 6 milyard dollar təşkil edib.

Ümumiyyətlə isə bu 100 şirkətin arasında Rusiya şirkətlərinin payı 7, 1 faizdir.

Dünyada silah satışı - 2016-cı ildə
Dünyada silah satışı - 2016-cı ildə

SIPRI-nin baş araşdırmaçısı Siemon Wezeman-ın sözlərinə görə, 2016-cı ildə yaşadığı iqtisadi çətinliklər Rusiya şirklətlərinin silah satışı templərinin aşağı düşməsinə səbəb olub.

Rusiya şirkətlərinin ayrı-ayrılıqda göstəriciləri də fərqlidir. Məsələn 5 şirkətdə silah satışının artımı, 5 şirkətdə isə azalması qeydə alınıb.

SIPRI-nin siyahısında ən yüksək yer tutan Rusiya şirkəti United Aircraft Corporation korporasiyasıdır.

Onun silah satışı 2015-ci illə müqayisədə 2016-cı ildə 15, 6 faiz artıb.

Cənubi Koreya, Ukrayna və başqaları

İnkişaf etməkdə olan silah istehsalçıları və ticarətçiləri arasında lider Cənubi Koreyadır.

SIPRI-nin “inkişaf etməkdə olan istehsalçılar” termini əsasən Braziliya, Hindistan, Cənubi Koreya və Türkiyəyə aid edilir.

Cənubi Koreyada 2015-ci illə müqayisədə 2016-cı ildə silah satışı 20, 6 faiz artıb və 8, 4 milyard dollara çatıb.

SIPRI-nin “digər oturuşmuş istehsalçılar” kateqoriyasında Avstraliya, İsrail, Yaponiya, Polşa, Sinqapur və Ukrayna var. Ukraynanın UkrOboronProm şirkəti 77-ci yerdədir.

2016-cı ildə bu şirkətin silah satışı 25, 1 faiz artıb. Ekspertlər deyirlər ki, artım Ukraynada davam edən münaqişə və Antonov təyyarə istehsal edən müəssisəsinin onun balansına əlavə olunması ilə bağlıdır.

XS
SM
MD
LG