Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:44

Ukraynada yoluxmalarda yeni rekord


Sinqapur, arxiv fotosu

Sidney və Melburn daxil olmaqla böyük turist məkanları səyahətçiləri karantinsiz qəbul edəcək

Rusiyada da son 24 saatda rekord yoluxma və ölüm qeydə alınıb, 40 mindən çox yeni yoluxma, 1159 ölüm halı aşkarlanıb.

Rusiya koronavirusdan 235 mindən çox ölümlə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.

Bu gündən – oktyabrın 28-dən Moskvada qismən lokdaun elan olunub, yalnız apteklər və supermarketlər açıqdır.

Noyabrın ilk həftəsi ölkəboyu qeyri-iş günləri elan olunub.

***

Ukraynada son 24 saat ərzində COVID-19-a 26 mindən çox yeni yoluxma aşkarlanıb. Bundan öncəki rekord oktyabrın 22-də qeydə alınmışdı – 23 min 785 nəfər.

Səhiyyə Nazirliyinin oktyabrın 28-də bildirdiyinə görə, koronavirusdan 576 nəfər vəfat edib.

Ölkədə koronavirusa indiyədək 2.85 milyon yoluxma, 66 min 204 ölüm qeydə alınıb.

Son vaxtlar Şərqi Avropada yoluxma və ölü sayının artması vaksinasiyanın ləng getməsilə izah olunur.

***

Avstraliya bir neçə ölkə üçün COVID-19-la bağlı səyahət tövsiyələrini yumşaldıb. Ölkə 18 aydan çox bağlı saxladığı sərhədlərini gələn həftə yenidən açmağı planlaşdırır.

Noyabrın 1-dən tam vaksinlənmiş şəxslər üçün səyahət qadağası qaldırılacaq.

“Bu gün elan edilən dəyişikliklər avstraliyalı ailələrin yenidən bir araya gəlməsi, Avstraliyanın dünyaya təhlükəsiz şəkildə yenidən açılması yolunda növbəti vacib addımdır”, – Xarici işlər naziri Maris Peyn oktyabrın 28-də deyib.

Delta ştammı və Sinqapur

Sidney və Melburn daxil olmaqla böyük turist məkanları səyahətçiləri karantinsiz qəbul edəcək.

Ancaq ölkədə delta ştammına bağlı yoluxma dalğası qalmaqdadır. Oktyabrın 28-də Viktoriya vilayətində 25 ölüm və 1923 yoluxma aşkarlandığı açıqlanıb.

Avstraliyada lokdaunlar və səyahət qadağaları koronavirusla bağlı rəqəmlərin nisbətən aşağı qalmasıyla nəticələnib. Pandemiya dövründə ölkədə cəmi 166 min yoluxma, 1694 ölüm qeydə alınıb.

Sinqapurun Səhiyyə Nazirliyi isə yoluxmalarda “qeyri-adi artım”ı araşdırdığını bildirib. Oktyabrın 27-də bu şəhər- dövlətdə pandemiya başlanandan ən yüksək – 5 min 324 yoluxma qeydə alınıb. 10 ölüm isə ümumi ölü sayını 349-a yüksəldib.

Ötən həftə Sinqapur COVID-19-a qarşı sosial qadağaların müddətini bir ayadək uzadıb. Əhalinin 84 faizə qədərinin virusa qarşı peyvənd olunduğu bildirilir.

Nyu Yorkda vaksin pasportu tələbi

Nyu York şəhərində isə yanğınsöndürmə idarəsində vaksinasiya pasportu tələbilə bağlı qalmaqal yaşanır. Yanğınsöndürənlər birliyinin başçısı oktyabrın 27-də deyib ki, peyvənd olunmamış işçilərə işə çıxmaq göstərişi verib. Onlardan bəziləri merin vaksin pasportu göstərmək tələbinin onları “təhqir etdiyini” dilə gətiriblər.

“Üzvlərimə demişəm ki, peyvənd olunmamağı seçsələr belə, işə çıxmalıdırlar”, – Uniformalı Yanğınsöndürənlər Assosiasiyasının prezidenti Endru Ansbro mətbuat konfransında deyib.

Şəhərin meri Bill de Blazio ötən həftə işçilər umun oktyabrın 29-u axşam 5-i COVID-19-a qarşı vaksinasiyaya dəlil göstərmək üçün son tarix qoyub. Sübut göstərməyənlər isə ödənişsiz evə göndərilə bilərlər.

Nyu York Şəhər Yanğınsöndürmə Departamentinin 17 minədək işçisi var. Onlardan 68 faizə qədərinin peyvənd olunduğu bildirilir.

Ansbronun fikrincə, şəhər rəsmiləri yanğınsöndürmə departamentinin işçiləri ilə ədalətsiz davranır, çünki onlar pandemiyanın çoxsaylı dalğasından keçiblər. O, peyvənd vurdurmağın şəxsi seçim olduğunu vurğulayıb.

Kaliforniya

Kaliforniyanın qubernatoru Geyvin Nyusom oktyabrın 27-də peyvənd vurdurmaqla digərlərini də buna həvəsləndirməyə çalışıb.

Ştatda yaşı 18 və yuxarı olanların 88 faizə qədərinin azı bir doza peyvənd vurdurduğu bildirilir. Ancaq ştatın 40 milyonluq əhalisi içində peyvənd olunmayanlar çoxdur, iki ay ərzində azalan yeni yoluxmalar və hospitalizasiyalar yenidən bir həddə qalmaqdadır.

Nyusom havalar soyuduqca, bayramlar yaxınlaşdıqca təhlükənin artmasıyla bağlı xəbərdarlıq edib.

“Ötən il olduğu kimi, bu il də diqqətimiz yayına bilər. Biz bu vaxtlar başqa şeylərə diqqət yönəldirik. Nəticədə sayıqlığı əldən verə bilərik”, – Nyusom deyib.

XS
SM
MD
LG