Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 11:04

Sinqapurda əhalinin 80 faizi peyvəndlənib


Gürcüstanda COVİD-19 xəstələriin müalicə olunduğu Respublika Mərkəzi Xəstəxanası
Gürcüstanda COVİD-19 xəstələriin müalicə olunduğu Respublika Mərkəzi Xəstəxanası

Sinqapur əhalisinin 80 faizi COVID-19 əleyhinə peyvənd vurdurub. Dünyanın ən yüksək peyvənd nisbətlərindən biri halına gətirilən Sinqapur şəhər-dövləti bununla son dərəcə yoluxucu delta variantının yaratdığı infeksiya axınının ağırlığından xilas olmuş olur.

Milli kilidlənməyə baxmayaraq, avqustun 29-da Yeni Zelandiyada 83 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.

Verilən məlumatlara görə, koronavirusun delta variantı iyul ayında Rusiyada 50 min insanın həyatına son qoyub.

Hindistanın cənubundakı Kerala əyalətində isə daha çox yoluxmalara səbəb olan başqa bir dalğanın üzə çıxdığı bildirilir.

Avropada isə peyvənd vurmayanlara qarşı qoyulan məhdudiyyətlərlə bağlı etiraz aksiyaları keçirilməkdədir.

Fansada 7-ci həftəsonudur ki, aksiyalar davam edir. Almaniyanın paytaxtı Berlində də bir neçə min adam pandemiya məhdudiyyətlərinə etiraz edib.

Bu arada, Kosovo yeni məhdudiyyətlər elan edib və yoluxma hallarının artması səbəbindən məktəblərin açılması iki həftə təxirə salınıb.

Amerika Birləşmiş Ştatlarda, deltadan qaynaqlanan pandemiya dalğası təxmnən 100 min adamın xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Hətta ölkənin bəzi yerlərində səhiyyə sistemi ciddi problemlərlə üzləşib.

Narahatlıq doğuran məsələ odur ki, bu dəfə çox uşaq virusa yoluxur və xəstəxanalara yerləşdirilir.

XS
SM
MD
LG