Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 20:24

Ermənistanda qubernator müşavirinin qətli: Arvadı və oğlu tutuldu


Armavir bələdiyyəsi

Ermənistanda Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyanın qətli ilə bağlı şübhəli şəxs qismində onun arvadı və oğlu saxlanıb.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Ermənistanın hüquq-mühafizə orqanları bildirir ki, iyulun 23-də axşam Simonyanın arvadı polisə zəng edərək onun evdən çıxıb geri qayıtmadığı barədə məlumat verib. Ərini "hansısa kişinin zəng edib çağırdığını" deyib.

İki gün sonra qubernator müşavirinin meyiti "Dalarik dərəsi" adlanan yerdə tapılıb.

İstintaq orqanları bildirir ki, Simonyan öz arvadına qarşı davamlı şəkildə zorakılıq edirmiş, ölümündən bir gün əvvəl də onlar arasında dava olub. Və arvadı Manukyanı həmin gecə yatdığı yerdə baltayla öldürüb. Bundan sonra oğluna zəng edərək evə çağırıb. Onlar meyiti bir yerdə dərədə gizlədiblər.

İstintaq orqanlarının bu ittihamlarına həbs edilənlərin, yaxud vəkillərinin reaksiyası bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG