Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:42

Orduya yardımın məbləği açıqlanıb


Hərbi parad, Bakı, 26 iyun 2018
Hərbi parad, Bakı, 26 iyun 2018

Bu il sentyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Silahlı Qüvvələrə Yardım Fonduna bu il sentyabrın 1-dək 93.412.236,19 Azərbaycan manatı daxil olub. Habelə fonda 213.577,88 ABŞ dolları, 12436,0 avro və 5000,0 rubl vəsait köçürülüb.
Bu il avqustun 1-nə kimi isə həmin fonda 92.819.877,45 manat daxil olduğu açıqlanmışdı. Habelə həmin tarixdə fonda 213.577,88 ABŞ dolları, 11936,0 avro və 5000,0 rubl vəsait köçürüldüyü deyilirdi.

Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci il avqustun 17-də prezidentin verdiyi sərəncamla təsdiq edilib.

XS
SM
MD
LG