Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:05

'Prezident bütün birləşmələrin Ali baş komandanı olmaq istəyir'


İlham Əliyev (sağda)
İlham Əliyev (sağda)

►Ekspertlərdən Konstitusiya təkliflərinə rəylər

Azərbaycan vətəndaşlarının dövlət orqanlarına şəxsən, kollektiv və fərdi şəkildə müraciət etmək hüququ var. Ancaq hərbçilərə yalnız fərdi qaydada müraciət etmək hüququnun verilməsi istənir.

Prezident İlham Əliyev iyulun 18-də Azərbaycan Konstitusiyasına təklif etdiyi dəyişikliklərdən biri də məhz bununla bağlıdır.

Hərbi hüquqçulara niyə yalnız fərdi qaydada şikayət etmək hüququ tanınır?

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun fikrincə, bir qrup hərbçinin şikayəti daha çox cəmiyyətin diqqətini çəkə bilər, nəinki fərdi hərbçi müraciətinin:

Üzeyir Cəfərov Konstitusiyaya hərbçilərin müraciəti haqda təklif edilən dəyişikliyi şərh edir
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

“Görürsən, olurdu ki, 4-5 nəfər bir müraciəti yazıb imzalayırdı, aidiyyəti qurum da məcbur olub bu müraciətə baxırdı”.

Üzeyir Cəfərov deyir ki, əslində hərbi sahədə hərbi ombudsmana ehtiyac var, bu institutun işə salınmasına diqqət yetirməkdənsə, hərbiçilərin kollektiv müraciət etmək hüququ əlindən alınır.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Başqa silahlı birləşmə” dedikdə nə nəzərdə tutulur”

Müsahibimiz Konstitusiyaya təklif edilən digər müddəaya da toxunur, deyir ki, burda nəzərdə tutulan “Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir” təklifinin altında nəyin yatdığını anlamağa çalışır:

“Bütün güc strukturları Silahlı Qüvvələr adı altında birləşir. Bu dəyişiklik Konstitusiyaya salınarsa, o zaman, müddəaya əsasən, qanunvericilikdə hansısa əlavələr olacaq. O zaman mahiyyət ortaya çıxacaq. İndi isə konkret bir söz demək çətindir ki, “başqa silahlı birləşmə” dedikdə nə nəzərdə tutulur”.

Buna da bax: 'Bu addımların arxasında ailənin hansısa planları var'- [Şərhlər]

“Bütün silahlı birləşmələr, birləşin”

Hüquqşünas Fuad Ağayev isə bu təklifi belə izah edir ki, Azərbaycanda silahlı qüvvələr dedikdə, yalnız ordu başa düşülürdü və ölkə prezidenti də Silahlı Qüvvələrin Ali Baş Komandanı idi:

Fuad Ağayev Konstitusiyaya silahlı qüvvələrlə bağlı təklif edilən dəyişikliyi şərh edir
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00
Direct-ə keçid

“Mövcud müddəada deyilir ki, “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır”. Təklif olunan redaktədə göstərilir ki, Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Bu o deməkdir ki, Azərbaycanda mövcud bütün silahlı birləşmələr Silahlı Qüvvələrdə birləşir. Bu, terminoloji cəhətdən uyğun ifadə deyil, ancaq bunu bir kənara qoyub redaktə edilməsi təklif olunan 9-cu maddənin 3-cü hissəsinə baxsaq, niyyətin nədən ibarət olduğunu anlayacağıq”.

Fuad Ağayev deyir ki, 3-cü hissədə Azərbaycan prezidenti Silahlı Qüvvələrin Ali Baş komandanıdır, digər silahlı birləşmələr dolayısı ilə dövlət başçısına tabe olsalar da, prezident, o silahlı birləşmələrə münasibətdə onların Ali Baş komandanı sayılmırdı: “Bu layihədə isə təklif edilən dəyişiklik ona gətirib çıxaracaq ki, Azərbaycan prezidenti tabeçilik formasından asılı olmayaraq, bütün silahlı birləşmələrin Ali Baş komandanı olacaq“.

“Özlərindən eşitmək istəyərdim”

Fuad Ağayev hərbçilərə yalnız fərdi müraciət etmək hüququnun tanınması məsələsi ilə bağlı deyir ki, bu barədə təklif müəlliflərinin öz izahlarını eşitmək istəyir:

“Bu hüququ nəyin əsasında məhdudlaşdırıblar, izahlarını eşitmək istəyərdim. Bəlkə də onlar hesab edirlər ki, kollektiv müraciət vahid komandanlıq prinsipinə ziddir. Ancaq söhbət yazılı müraciətdən gedirsə, burda, yəni kollektiv müraciətdə heç bir problemyox idi. Hər halda bu təklifi şərh etməkdən ötrü onların əsaslandırmalarını dinləmək lazımdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG