Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:49

Rusiya silah satışında ikinci oldu, Türkiyə də satışı artırıb


Vladimir Putin Patriot hərbi sərgisində
Vladimir Putin Patriot hərbi sərgisində

Birləşmiş Ştatlar silah satışında qlobal lider olaraq qalır, hərçənd indi Rusiya silah satışına görə Britaniyanı ötərək ikinci yerə çıxıb.

Bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (The Stockholm International Peace Research Institute - SIPRI) dekabrın 10-da açıqlanmış hesabatında verilir.

Hesabatda qeyd olunur ki, ABŞ şirkətlərinin silah və hərbi avadanlıq satışı, habelə hərbi xidmətləri 2 faiz artaraq 2017-ci ildə 222, 6 milyard dollara çatıb.

Rusiya silah satışını həmin dövr ərzində 8, 5 faiz artıraraq 37, 7 milyard dollara çatdırıb.

Hesabatda dünya boyunca 100 əsas istehsalçının göstəriciləri araşdırılıb. Bu 100 şirkətdən 42-si ABŞ-a aiddir. Yüzlükdə Rusiyanın 10 şirkəti var.

ABŞ-ın F-35 təyyarəsi
ABŞ-ın F-35 təyyarəsi

SIPRI-nin Silahlar və Hərbi Xərclər Proqramından Siemon Wezeman deyib ki, Rusiyanın silah satışı şirkətləri 2011-ci ildən bəri əhəmiyyətli inkişaf edib:

“Bu, Rusiyanın öz silahlı qüvvələrini modernləşdirmək proqramına tamamilə uyğun meyldir”.

Bu da qeyd olunur ki, ilk dəfə olaraq Rusiyanın Almaz-Antey şirkəti aparıcı silah satışı şirkətlərinin ən yüksək 10-luğuna daxil olub.

Hesabatın araşdırmaçılarından Alexandra Kuimova deyir ki, Almaz-Antey artıq Ruisyanın ən böyük silah satıcısıdır və silah satışını 2017-ci ildə 17 faiz artıraraq 8, 6 milyard dollara çatdırıb.

Hesabatda qeyd olunur ki, Almaz-Antey şirkəti ilə birlikdə yüzlüyə daxil olan daha üç Rusiya şirkəti də satışı 15 faizdən çox artırıb. Bunlar United Engine (25 faiz), High Precision Systems (22 faiz) və Tactical Missiles (19 faiz) şirkətləridir.

Britaniya qlobal ikinciliyi Rusiyaya versə də, Qərbi Avropanın ən böyük silah satıcısı olaraq qalır. Britaniyanın yüzlükdə 7 şirkəti var və onlar ümumilikdə 35, 7 milyard dollarlıq silah satıblar.

Hesabatda bildirilir ki, Türkiyə də silah satışını xeyli artırıb və bu, Ankaranın özünün silah sənayesini inkişaf etdirmək ambisiyasını əks etdirir. Eyni zamanda Türkiyə özünün xarici silah təchizatçılarındanasılılığını azaltmağa can atır.

Hesabatda deyilir ki, 2017-ci ildə 100 aparıcı şirkətin satışı ümumilikdə 398.2 milyard dollar təşkil edib. Bu 2, 5 faiz artım deməkdir.

Hesabatda Çinə dair məlumatlar yoxdur. Tədqiqatçılar rəsmi mıəlumatları “etibarsız” hesab edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG