Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Rusiya məhkəməsi Siemens şirkətinin iddiasını rədd edir


Siemens şirkətinin turbinləri (foto arxivdəndir)
Siemens şirkətinin turbinləri (foto arxivdəndir)

Rusiya məhkəməsi Almaniyanın Siemens qrupunun Ukraynanın Moskva tərəfindən ilhaq edilmiş Krım yarımadasına gətirilmiş və Siemens-in istehsalı olan turbinlərin satışının etibarsız olmasına dair iddiasını rədd edib.

Moskva Arbitraj Məhkəməsi dekabrın 14-də bu alqı-satqının ləğvinə dair Siemens-in iddiasını təmin etməyib. Siemens qaz turbinlərinin müsadirə edilməsini və onların qurulmasına qadağan qoyulmasını istəmişdi.

Siemens-in Rusiyaya göndərdiyi dörd turbinin Krıma gətirildiyi məlum olduqdan sonra şirkət ötən iyul ayında bu avadanlığı satdığı dövlət Texnopromeksport qurumunu məhkəməyə vermişdi.

Avadanlığın Krıma ötürülməsi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını pozub. Bu sanksiyalar Rusiya üzərinə Krımın 2014-cü ilin martında qanunsuz ilhaqına görə qoyulub.

Rusiyada Siemens-in iştirakilə yığılmış turbinlər Texnopromeksporta 2015-ci ildə satılıb.

Münhendə yerləşən Siemens şirkəti bildirir ki, ilkin razılaşmaya əsasən turbinlər Rusiyanın cənubundakı Tamanda qurulmalı idi. Lakin Texnopromeksport razılaşmanı pozaraq həmin avadanlığı Krıma gətirib.

Rusiyanın hakimiyyət orqanları, habelə Texnopromeksportun daxil olduğu Rostec turbinlərin Krıma transfer edilməsinin tamamilə qanuni olduğunda israr edirlər.

Avqust ayında Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirərək Texnopromeksportu da “qara siyahıya” daxil edib.

Rusiyanın Xarici İşlər Nazirliyi bu qərarı “dost olmayan və əsassız hərəkət” adlandırıb.

Moskvanın bu turbinləri Krımın iki elektrik stansiyasında quraşdırmağa və beləliklə də Krımı sabit eletrik enerjisi ilə təmin etməyə ehtiyacı var.

Krım bu vaxtadək elektrik enerjisini Ukraynadan alırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG