Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Yunanıstan Gürcüstan vətəndaşının ekstradisiyasını təxirə salır


Yunanıstan polisi (Foto arxivdəndir)
Yunanıstan polisi (Foto arxivdəndir)

Yunanıstanın Ali Məhkəməsi Gürcüstan vətəndaşının ekstradisiyası ilə bağlı dinləməni təxirə salıb.

Beynəlxalq kriminal qrupun rəhbəri olmaqda ittiham edilən Gürcüstan vətəndaşı nasaz olduğunu bildirəndən sonra məhkəmə dinləməsi təxirə salınıb. O məhkəməyə əlil arabasında gəlmişdi.

Ali Məhkəmə iyulun 17-də 57 yaşlı Lasha Shushanashvili-nin məhkəməsinin iyulun 20-də keçiriləcəyini bildirib.

Ev oğurluğu və quldurluqla məşğul olan şəbəkəyə başçılıq etməkdə ittiham olunan Shushanashvili Salonikidə 13 başqa şübhəli ilə birlikdə həbs olunub. Bu şübhəlilərin həbsi əməliyyatı Fransa hüquq-mühafizə orqanları ilə birlikdə keçirilmişdi.

Cinayətkar dəstənin üzvü olmaqda şübhəli bilinən daha 17 nəfər Fransada həbs olunub. Shushanashvili-nin ekstradisiyasını məhz Fransa tələb edir.

Shushanashvili ilk dəfə Yunanıstanda 2012-ci ildə həbs olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

O ev oğurluğu və quldurluqla məşğul dəstəyə başçılıq etməkdə ittiham olunurdu.

Müttəhim səhhətinə görə üç ildən sonra azad edilmişdi.

Lakin Yunanıstanın hakimiyyət orqanları Shushanishvili-nin Fransaya təslim edilməsi barədə qərarı iyulun 4-də qəbul edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG