Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Azərbaycan yenə Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir 


Azərbaycan, Şuşa, arxiv foto
Azərbaycan, Şuşa, arxiv foto

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı dəstələri Şuşa şəhəri ətrafında bölmələrinin mövqeləri istiqamətində avtomat və pulemyotlardan atəş açıb. Bundan başqa Naxçıvan istiqamətində də atəşkəsin pozulması xəbərləri var.

Azərbaycan Naxçıvanda da mövqelərinin vurulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 21-də cəbhədəki atəşkəslə bağlı növbəti açıqlama yayıb.

Aşəqlamada vurğulanır ki, avqustun 21-i saat 12:30-dan 13:45-dək Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
Nazirlik bildirir ki, qarşı tərəfə cavab verilib,Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

***

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 21-də məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 20-si saat 18:58-dən 23:53-dək Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Habelə bildirilir ki, avqustun 20-si saat 20:37-dən 21-i saat 01:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Çağadüz kəndi və Şuşa şəhəri ətrafında bölmələrinin mövqeləri istiqamətində avtomat və pulemyotlardan atəş açıb.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu məlumata, hələlik, qarşı tərəflərin münasibəti bəlli deyil.

Azərbaycan 2 gün öncə də Şuşa ətrafında mövqelərinin vurulduğunu deyirdi. Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılşmaya əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG