Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Bundan əvvəl-2016-cı ildə də Şirvandakı silah zavodunda da partlayış olmuşdu


Avqustun 27-si səhər Azərbaycanda N saylı hərbi hissənin silah anbarında yanğın baş verib.

Müdafiə, fövqəladə hallar nazirlikləri və Baş Prokurorluq hərbi hissədə baş verən yanğınla əlaqədar məlumat yayıb.Məlumatda bildirilir ki, hadisə ilə bağlı cinayət işi başlanıb, yaxınlıqdakı kəndlərin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilib.
Rəsmi məlumata görə, köçürülən əhali müvəqqəti çadırlara yerləşdirilib.

6 nəfərin yaralandığı bildirilir.

***

Xatırladaq ki, bundan əvvəl-2016-cı ildə də Şirvanda yerləşən silah zavodunda da partlayış olub. Rəsmi qurumların yaydığı məlumata görə həmin partlayış nəticəsində iki nəfər ölüb. Şirvanda partlayışın mərmi saxlanan anbarında baş verdiyi bildirilirdi.

Əmin yazını və ərazidən videonu təqdim edirirk.

***

Hərbi ekspert Şair Rüstəmov silah istehsal edən zavodlarda təhlükəsizlik mıəsələlərindən danışır.

►Şair Ramaldanov: Belə yerlərdə yüksək səviyyədə mühəndislər, yüksək səviyyəli texniki-təhlükəsizlik tədbirləri olmalıdır

İyulun 26-da Şirvandakı silah zavodunda 2 nəfərin ölməsi, 20-dən çox adamın yaralanması ilə nəticələnən partlayışın səbəbləri, hələlik, bəlli deyil. Ancaq olayla əlaqədar qaldırılan cinayət işindəki maddələrdən biri də səhlənkarlıqla bağlıdır.

Zavod qapalı müəssisə olduğundan orada silah istehsalı və utilizasiya prosesinin detalları ictimaiyyətə məlum deyil.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının təlim-tədris hissəsinin rəisi və Akademiyanın rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov AzadlıqRadiosuna müsahibəsində silah istehsalı ilə məşğul olan zavodlarda təhlükəsizlik məsələlərindən danışır:

– Hələlik, komissiya öz rəyini verməyib, hazırda işləyir. Nəticələri açıqlayandan sonra nəsə rəy vermək mümkündür. Deyirlər ki, orada silah-sursat yığılıb qalıb. Bilirsiz, təkcə bizdə deyil, bütün dünyada silah istehsal edən zavodlarda belə partlayışlar olur. Birdən eşidirsən ki, məsələn, Rusiyada hərbi zavodda partlayış oldu. Belə zavodlar həmişə təhlükə mənbəyidir. Əlbəttə, ola bilsin, orda müəyyən təhlükəsizlik tədbirləri pozulub, ona görə də partlayış baş verib.

– Belə partlayışların səbəbi nə ola bilir?

– Müxtəlif ola bilər. Ümumi götürsək, tələb olunan texniki təhlükəsizlik tədbirlərinə riayət olunmadıqda baş verir. Silah-sursatın saxlanması, ona xidmət və ya davranış şəraitinin hansındasa pozuntuya yol vermək belə fəsadlara gətirib çıxarır.

– Utilizasiya nə deməkdir?

– Utilizasiya – vaxtı keçmiş, ya lazım olmayan, ya texniki şərtlərə cavab verməyən silah-sursatı məhv etmək, ayrı-ayrı hissələrə parçalamaq və ya təkrar istehsala yönəltmək prosesidir. Prosesdə cürbəcür variantlar var: ya partladırlar, ya da hansısa hissəni çıxarıb təkrar istehsala verirlər.

– Dediniz ki, partlayıcı maddələrlə işləyən zavodlar təhlükə mənbəyidir. Belə zavodlarda 100 faiz təhlükəsizliyə nail olmaq mümkündürmü?

– Əlbəttə, mümkündür və görmək də lazımdır. Təhlükəsizliyə əməl edilməyəndə elə bu fəsadlar baş verir də. İndiyə kimi o silah-sursat orda idi, indiyə kimi müəyyən texniki təhlükəsizlik tədbirləri görülürdü ki, partlamırdı. Ancaq indi partladı, demək ki, hardasa səbəb var və bu səbəbi də komissiya araşdırıb üzə çıxaracaq.

“İstehsal zamanı da pozuntuya yol verilə bilər”

– Zavodda təkcə utilizasiya prosesi aparılmır, həm də minaatanlardan biri üçün mərmi istehsal olunur. Bu partlayış istehsal zamanı da baş verə bilərmi?

– Mən o zavodda olmamışam, ordakı sursatı görməmişəm. Hər şey ola bilər, ola bilsin ki, mərminin istehsalı zamanı yenə də hansısa texniki şərtə əməl olunmayıb və nəticəsi də belə olub. İstehsal zamanı texniki tələblərə cavab verməyən silah-sursat da utilizasiyaya yönəldilir.

– Bu zavodda keçən il də partlayış olmuşdu. O vaxtkı partlayışın səbəbini bilirsizmi?

– Keçən ilki hadisə o qədər də böyük bir şey deyildi. Sizə bir şey deyim, elektriklə davranan insanı elektrik vura bilər. İndi bu da partlayıcı maddələrlə işləyən müəssisədir. Hansısa subyektiv amillərə görə müəyyən fəsadlar ola bilər. Belə yerlərdə yüksək səviyyədə mühəndislər, yüksək səviyyəli texniki-təhlükəsizlik tədbirləri olmalıdır. Yəni, bu hadisədə mütləq insan faktoru var.

“Sertifikat alan adam səhlənkarlıq etməyə bilməzmi?

– Fikrinizcə, hərbi sənaye sahəsində yetərincə yüksək səviyyəli mütəxəssislər varmı?

– Dünyanın heç yerində məhz dediyiniz səviyyədə kadrlar yoxdur. Mütəxəssislər hazırlanır, müxtəlif imtahanlar verir. Azərbaycanda işə ciddi yoxlamalarla götürürlər. İndi hərbi sənayedə də işləyən mütəxəssislər müəyyən kurslar keçiblər, sertifikat alıblar. Ancaq bu o demək deyil ki, sertifikat alan adam səhlənkar ola bilməz. Bu hadisədə də, ola bilsin, yaxşı mütəxəssisdir, ancaq səhlənkarlıq edib.

– Belə fəsadlara görə hansı önləyici addımlar atılmalıdır?

– İlk növbədə, belə sənayedə çalışan insan yüksək peşəkarlığa sahib olmalıdır. İkincisi, o mütəxəssislər ciddi insanlar olmalıdır, üçüncüsü, onlara nəzarət edən qurum bu nəzarəti ciddi aparmalıdır. Əsas bu addımlardır.

Xatırladaq ki, bundan bir il əvvəl də Şirvandakı zavodlardan birində partlayış olub.

İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda güclü partlayış olub. Səhiyyə Nazirliyi partlayışda 1 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirir.

Şirvan şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bidiriblər ki, yaralılar zəhərlənmə və yüngül yanıq diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir.

Bu zavodda 245 nəfər çalışır, 2006-сi ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil edilib.

Müəssisədə neft sənayesi ücün сihazlar və texnoloji tərtibatlar istehsal edilirr.

Amma bu yaxınlarda zavodda iriçaplı patronların istehsalı mərkəzi işə salınmışdı.

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA informasiya agentliyinə bildirib ki, zavodda yanğın elektrik xətlərində qısaqapanmadan baş verib.

O, yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.

Zavodun direktoru Usubağa Məmmədov da deyib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Usubağa Məmmədovda yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG