Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 06:07

 Şimal rayonlarında yağış gözlənir.

arxiv foto
arxiv foto

Sentyabrın 9-daBakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı və arabir güclənən şimal-qərb küləyinin əsəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-22, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.

Sentyabrın 9-da havanın əksər rayonlarda da əsasən yağmursuz olacağı, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı təxmin edilir. Gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti gözlənir.

This item is part of
XS
SM
MD
LG