Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:36

Bakıda şimal küləyi gözlənilir


arxiv foto
arxiv foto

Yanvarın 14-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-4, gündüz 7-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 14-də Azərbaycanın bəzi rayonlarında isə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG