Strasburqda terror aktı törətmiş Sherif Shekkatın (Cherif Chekatt) valideyinləri və 2 qardaşı həbsdən azad ediliblər.
İstintaq onların, dekabrın 11-də Milad yarmarkasında törədilən silahlı hücumla bağlılıqları barədə sübut tapa bilməyib.
Amma onun 3 tanışı hələ də həbsdədir.
Qeyd edək ki, həmin hücum nəticəsində 4 nəfər ölüb,12 nəfərsə xəsarət alıb.
İstintaqın məlumatına görə, Shekkat həqiqətən də radikal islamçılarla əlbir imiş.
Atası deyir ki, onun terror aktına hazırlaşmasından xəbərsiz olub, amma oğlunu cihadçılardan uzaq olmağa çalışırmış.
Shekkat hücumdan sonra 2 gün gizlənə bilsə də dekabrın 13-də polislə atışmada öldürülüb.
Valideyinləri və qadaşları həmin insidentdən dərhal sonra saxlanmışdılar.
Kütləvi informasiya vasitələri həmin vaxt , onun qadaşlarından birinin də radikal islamçılarla əlbir olduğunu yazırdılar.
Shekkatın 29 yaşı vardı.Fransa, Almaniya və İsveçrədə cinayət əməllərinə görə 27 dəfə məsuliyyətə cəlb olunub.
Strasburqda törədilən son hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.