Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Diplomatlar Şəki və Zaqatalaya səfər edirlər


Şəki
Şəki

Azərbaycanda fəaliyyət göstərən 50-dən artıq diplomatik nümayəndəliklərin rəhbərləri xanımları ilə birgə Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirirlər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin iyunun 27-də yaydığı məlumatda bildirilir.

Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd bölgələrlə, onların turizim imkanları ilə yerindəcə tanış olmaqdır.

Məlumatda habelə qeyd edilir ki, iyunun 27-də başlayan səfər iki gün davam edəcək.

XİN bildirir ki, diplomatlar, onların xanımları Şəkinin, Zaqatalanın tarixi yerləri, abidələri, dini məbədləri, sənaye müəssisələri, parkları və başqa yerləri ilə tanış olacaqlar.

Şəki və Zaqatala Azərbaycanın şimali-qərbində yerləşən rayonlardır.

XS
SM
MD
LG