Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:47

Nuxa kəndinin “dustaq” sakinləri


İllüstrasiya
İllüstrasiya

►"Bakıdan rayona 10 manata gəlirik, rayondan kəndə isə 6 manata..."

Şəkinin Nuxa kəndinin sakinləri kənddən kənara çıxa bilmirlər. Çıxmalı olanda da kəndlə rayon arasındakı yolu az qala Şəki-Bakı yolunun qiymətinə gedib-gəlirlər.

Elə onları kənddə dustaq edən də budur. Deyirlər, “avtobus yoxdur, taksi xidməti bahadır, əlimizi-ayağımızı yığışdırıb oturmuşuq kənddə”.

Kənd sakini Fariz Mustafayev deyir, qəflətən ictimai nəqliyyatın kənddən yoxa çıxmasının səbəbləri onlara bəlli deyil:

“Bir ildən yuxarıdır avtobus yoxdur. Rayona taksi ilə gedib-gəlirik. Niyə yoxdur, səbəbini bilmirik, gah deyirlər, qiymətlər qalxır, gah deyirlər, vergini qaldırıblar”.

RAYONDAN KƏNDƏ 6 MANATA

Qurban Mirzəyev isə taksi xidmətinin bahalığından gileylənir:

“Bir gün avtobus olur, 5 gün olmur, kiçik maşınların ümidinə qalırıq. Rayondan, şəhərdən qonağımız olur, gəlib kəndə çıxa bilmirlər. Bakıdan rayona 10 manata gəlirik, rayondan kəndə 6 manata”.

Kəndli nəqliyyatsız qalmalarına görə kənd bələdiyyəsini qınayır:

“Şəkidən bura taksilər baha gətirir – baxır vaxtına. Gündüz 5-6, qaş qaraldısa, hətta 12 manata gətirirlər. Bir sözlə, bələdiyyə cibimizə, büdcəmizə zərər vurur. Avtobusla 40 qəpiyə gediriksə, marşrutla 2 manata, taksi ilə ondan da baha gedirik”.

Buna da bax: Avropa Şurasında Azərbaycanın məsələsinə baxılır

AYDA BİRCƏ DƏFƏ KƏNDDƏN ÇIXA BİLMİR

Qurban Mirzəyev deyir, vaxtilə kənddən rayon mərkəzinə işləyən avtobus kənd adamlarının əlindən tuturdu. Avtobus gündə dörd dəfə rayona gedib-gəlirdi. İndi gedişhaqqı ciblərinə uyğun olmadığına görə, elə vaxt olur ki, ay ərzində bircə dəfə də kənddən çıxa bilmir. Çünki aldığı cüzi təqaüd heç gedişhaqqını da ödəmir:

“Əvvəllər yaxşı işləyirdi. Balaca kənd deyil axı. Heç olmasa, gündə iki dəfə gətirib aparsın. Marşrut gündüz 1 manata, yük olsa, 2 manata aparır. O qədər də pul verib geri qayıdırıq. Təqaüdçü adamam. Aldığım heç yeməyimə çatmır”.

Ancaq bələdiyyədən kənddə nəqliyyat problem olması ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG