Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Şamaxıda sürüşmə, 7 ailə evlərindən çıxmalı olub


Şamaxı rayon mərkəzində torpaq sürüşməsi aktivləşib, bəzi ailələr uçan evlərini tərk etmək məcburiyyətində qalıblar.

AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sürüşmədən Şamaxı şəhərinin mərkəzinə yaxın ərazidəki 48-ci məhəllə ziyan görüb. Məhəllədə 20-dən artıq evə zərər dəyib, həmin evlərin bir hissəsi yaşayışa yarasız hala düşüb.

Sakinlər deyib ki, əvvəlki illərdə də ərazidə sürüşmələr olub. Ancaq bu il Novruz bayramından ( martın 20-i, 21-i) başlayaraq sürüşmə aktivləşməyə başlayıb.

“Yağan yağışlar nəticəsində sürüşmə artdı. Novruzdan bəri hər gün xırda-xırda da olsa sürüşmə müşahidə olunur. 20-dən çox evdə çatlar əmələ gəlib. Məhəllə başındakı 7 ev tamam yarasız hala düşüb”, sakinlər bildirib.

Onların deməsinə görə, yarasız hala düşən evlərdə yaşayanlar yaxınlarının evlərinə köç etməli olublar. başqa ailələr isə hələ də qəzalı evlərdə yaşamaq məcburiyyətində qalıb.

48-ci məhəllədəki sürüşmə sahəsi 200 metrə yaxındır. Sürüşmə davam etdikcə yolların, hasarların da yararsız hala düşdüyü bildirilir. Sakinlər deyib ki, sürüşmədən kommunikasıya xətləri də zərər görüb.

Əlaqəli qurumlarının isə qabaqlayıcı addımlar atmadığı bildirilir.

“Rayonun icra hakimiyyətinə müraciət etmişik. Dəfələrlə başqa rəsmi qurumlara müraciətimiz olub. Hər dəfə gəlirlər, müşahidə edirlər, yoxlama aparıb, gedirlər, gərəkli addımlar atılmır”, sakinlər vurğulayıb.

Yerli əhali yagışlı havanın davam etməsindən, sürüşmənin getdikcə sürətlənməsindən narahatdır.

Şamaxı Rayon İcra Hakimiyyətindən və başqa rəsmi qurumlarından əhalinin narahatlığına, hələlik, münasibət almaq mümkün olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşlarının da ərazidə monitorinq apardığı bildirilir.

Nazirliyin əməkdaşları da ərazidə sürüşmənin aktivləşdiyini deyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG