Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:29

Khamenei-nin varisi sayılan ayətüllah vəfat edib


Ayətüllah Mahmud Hashemi Shahrudi
Ayətüllah Mahmud Hashemi Shahrudi

İranın ali ruhanilərindən biri, keçmiş ədliyyə başçısı ayətüllah Mahmud Hashemi Shahrudi (Şahrudi)uzun sürən xəstəlikdən sonra Tehranda vəfat edib. Bu barədə xəbəri dekabrın 24-də İranın dövlət mediası yayıb.

70 yaşlı Shahrudi bu ilin yanvarında Almaniyada müalicə olunurdu, lakin insan haqları fəalları Almaniya prokurorlarından onun keçmişdə çıxardığı kütləvi ölüm hökmlərinə görə araşdırılmasını tələb edəndən sonra Tehrana qayıtmalı olmuşdu.

O ali rəhbər ayətüllah Ali Khamenei-nin yaxın müttəfiqi idi və onun mümkün siyasi varisi hesab olunurdu.

Shahrudi 1999-cu ildən 2009-cu ilədək İran ədliyyəsinə rəhbərlik etmişdi. Bu vəzifədə çalışdığı dövrdə məsələn, daşqalaq yolu ilə edamların ləğvi kimi islahatları həyata keçirsə də, insan haqları müdafiəçiləri onu fəalların qanunsuz həbslərinə yol verdiyinə və məhbusların pis rəftar və işgəncələrə məruz qalmasına görə tənqid edirdilər.

Khamenei onu 2017-ci ildə parlamentlə Nəzarət Şurası arasındakı ixtilafları çözən Məşvərət Şurasına rəhbər təyin etmişdi.

Valideynləri iranlı olsalar da, Shahrudi İraqın Nəcəf şəhərində doğulmuşdu. O 1970-ci illərdə İraq diktatoru Saddam Hussein-in təhlükəsizlik xidmətləri tərfindən həbs olunmuş və işgəncələrə məruz qalmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG