ABŞ-ın Nashville şəhərində şagirdin hicabı çıxarılandan sonra onun müəllimi müvəqqəti olaraq işdən kənarlaşdırılıb.
Video həmin müəllimin sosial mediadakı hesablarının birindən götürülüb. (Video burda)
Videoda şagird baş örtüyünün açılmasına imkan verməməyə çalışır.
"İndependent" yazır ki, müəllimin “Snapchat”ına qoyulmuş videonun yazısı belədir: “Gözəl saçlar”. İkinci video isə “O cür saçı tamam örtüb!!!”.
Video Nəşvildəki “New Vision Academy” adlı məktəbdə çəkilib.
Bu haqda yerli WSMV-TV kanalı xəbər verir.
Kimsə müəllimin hesabındakı videonu görüb və telekanala xəbər verib.
Müəllim israr edir ki, videonu o çəkməyib və şagirdin hicabı onun dini hisslərini təhqir etmək üçün çıxarılmayıb.
Buna baxmayaraq insident araşdırılacağı müddətdə müəllim işə çıxmayacaq, bu dövrdə maaş almayacaq.
Məktəbin rəhbərliyi insidentə görə üzr istəyib:
“Bu videogörüntülər bizim məktəbin dəyərlərini əks etdirmir”.
Rəhbərliyin dediyinə görə, bu insident bir imkan olacaq ki, məktəbdə çalışanların fərqli mədəniyyətlərlə bağlı bilgilərinin artırılması yönündə işlər görülsün.
Buna da bax: Hicablı moda nümayişi