“Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri prezident İlham Əliyevin fikirlərini aydın, tənqidi və konstruktiv şəkildə ortaya qoymasını təqdirlə qarşılayır. Prezidentin Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixli qətnaməsi və qətnamənin münasibətlərə təsirləri ilə bağlı dediklərini xüsusilə diqqətə alırlar”.
Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Səməd Seyidovun yaydığı birgə bəyanatda belə deyilir. Sənədi Milli Məclisin mətbuat xidməti sentyabrın 21-də yayıb.
Buna da bax: Səməd Seyidov: 'İsveçrədə təxminən həftədə bir dəfə referendum keçirilir'
“Qəti şəkildə ifadə etməkdən məmnunluq duyuruq ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir”
Sənəddə Avropa Parlamenti (AP) ilə Milli Məclis arasında heç bir dialoqun olmamasından təəssüf hissi ifadə edilir.
“Hər iki tərəf normal dialoqun bərpa edilməsi üçün addımların sürətli şəkildə atılacağına ümid edir”, deyə bəyanatda bildirilir.
Buna da bax: 'Prezident referendumqabağı gediş edir' - Ekspert
Müəlliflər qeyd edir ki, Azərbaycanın üzləşdiyi geosiyasi reallıqları və çağırışları, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istəyini aydın şəkildə anlayırlar.
“Qəti şəkildə ifadə etməkdən məmnunluq duyuruq ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir”, sənəddə deyilir.
Sentyabrın 19-da Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Avropalı parlamentarilər səfər çərçivəsində ölkə başçısı və digər rəsmilərlə görüşüblər.
Deputatların prezident İlham Əliyevlə görüşü xüsusilə diqqət mərkəzinə gəlmişdi. Prezident həmin görüş zamanı Avropa Parlamentinin ötən ilin sentyabrında Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni sərt tənqid etmişdi.
Ölkə başçısı həmin görüşdə indiyə kimi toxunmadığı mövzulardan danışmışdı.
O, ATƏT-in Bakı Ofisinin bağlanması, jurnalist Rasim Əliyevin qətlə yetirilməsi, hüquq müdafiəçisi Emin Hüseynovun vətəndaşlıqdan məhrum edilməsi, Meydan TV-nin rəhbəri Emin Milliyə qarşı hədələr və bir sıra məsələlərə toxunmuşdu.
Avropa Parlamentinin bir il əvvəl qəbul etdiyi qətnamədə bir sıra tənqidi fikirlərlə yanaşı prezident və ailə üzvilərinə aid korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparılması istənilirdi.