Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:32

Keçmiş müdafiə naziri Seyran Ohanyanın toxunulmazlığı ləğv olundu


Members of 'Armenia' faction Seyran Ohanyan,
Members of 'Armenia' faction Seyran Ohanyan,

Ermənistanda müxalif Hayastan fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, beləliklə, Ohanyanın təqsirləndirilən qismində məsuliyyətə cəlb olunmasına yol açılıb.

Ermənistan Baş Prokurorluğu artıq ikinci gün idi ki, Seyran Ohanyan və Armen Çarçyanın deputat toxunulmazlığının ləğv olunması üçün vəsatət təqdim etmişdi.

Baş prokuror Anna Vardapetyan fevralın 8-də Hayastan fraksiyasının liderinə qarşı üçüncü cinayət işini təqdim edib.

Bu cinayət işi barədə məlumatı yalnız iqtidardan olan millət vəkilləri dinləyiblər.

Müxalifət deputatları Milli Məclisin bu iclasında iştirak etmirdilər.

Baş prokuror bildirib ki, bu cinayət işinin istintaqı da Seyran Ohanyanın müdafiə naziri olduğu vaxt nazirliyə məxsus binaları aşağı qiymətlə satışa çıxardığını göstərib.

Anna Vardapetyanın sözlərinə görə Ohanyan 2008-ci ilin 14 aprelindən 2008-ci ilin sentyabrınadək olan müddətdə özünün xidməti səlahiyyətlərindən qrup maraqları üçün istifadə edib.

Ermənistan ordusunun daha bir zabiti casusluq ittihamı ilə tutuldu
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

İnzibati bina, “yararsız raketlər”

Baş prokuror deyib ki, bu dövrdə Yerevanın Erebuni və Şenqavit rayonlarında yerləşən iki bina biznesmen Vahe Yakubyana satılıb və nəticədə dövlətə 5 milyard dram (12.5 milyon dollar) dəyərində ziyan dəyib:

“Vahe Yakubyan və cinayətkar qrupun digər üzvləri dəyəri 5 milyard 884 milyon 300 min dram olan binanı 5 milyard 181 milyon 300 min dram ucuzuna almaqla əslində onun bazar dəyərinin yalnız 12 faizini ödəyiblər”.

Bu iş üzrə üçüncü prezident Serj Sarkisyanın da dindirildiyi xəbər verilir.

Ohanyanla bağlı digər cinayət işi nazirliyin ərazisinin satılması ilə bağlıdır.

Üçüncü cinayət işində isə söhbət “yararsız raketlərin” alınmasından gedir. Həmin iş üzrə daha bir keçmiş müdafiə naziri - David Tonoyan həbs edilib.

Ohanyan ittihamları “yalan” adlandırır

Seyran Ohanyan bu işlər üzrə özünə qarşı ittihamları “yalan” adlandırıb.

Azatutyun yazır ki, Ohanyan müddəti keçdiyinə görə daşınmaz əmlakın satışı ilə bağlı cinayət işi üzrə həbs olunmayacaq.

Ohanyan bu ittihamları da rədd edir və bildirir ki, iqtidar bugünkü problemlərdən diqqəti yayındırmaq məqsədilə keçmiş barədə hay-küy qaldırır.

Prokurorluq habelə “İzmirliyan” tibb mərkəzinin keçmiş direktoru Armen Çarçyanın da deputat toxunulmazlığının ləğvinə çalışır.

O 2017-ci ildə saxta tibb arayışı verməkdə ittiham olunur.

Söhbət 2016-cı ildə polis məntəqəsini zəbt edən silahlı qruplaşma üçün ərzaq gətirən Artur Sarkisyana onun sağlamlığı barədə verilmiş arayışdan gedir.

Armen Çarçyanın işi üzrə Milli Məclisdə səsvermə fevralın 9-da keçiriləcək.

XS
SM
MD
LG