Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:29

«Seymur Həziyə görə bu maddə amnistiyaya düşmür»


Seymur Həzi məhkəmə qarşısında, 28 iyul, 2015
Seymur Həzi məhkəmə qarşısında, 28 iyul, 2015

-

«Amma amnistiyanın Cinayət Məcəlləsinin 221.2, 220.2 və yaxud da 179-cu maddəsinin tətbiq edilməməsini başa düşə bilmirəm. Ümumilikdə iqtisadi cinayətlə bağlı məhdudiyyətlərin qoyulmasını mənfi qiymətləndirirəm. Dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilirsə, yaxşı olardı onlara da amnistiya aktı tətbiq edilsin».

Hüquqşünas Müzəffər Baxışla Milli Məclisin mayın 20-də qəbul etdiyi amnistiya qərarı haqda danışırıq.

- Müzəffər bəy, qərarla tanış oldunuz, sənədə görə siyasi məhbuslardan kiməsə bu qərar tətbiq edilə bilərmi?

Muzaffar Bakish
Muzaffar Bakish

- Yox. Məsələn, cəzasının bitməsinə beş ay qalmış keçmiş səhiyyə naziri Əli İnsanov amnistiyaya düşmür. O Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə ittiham olunub, səhv etmirəmsə. Amnistiya elan edilməsi haqda qərarın 7-ci bəndinə görə, ona verilən ittiham ağır cinayətlər kateqoriyasına aiddir. “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi də 221.2 maddəsi ilə ittiham olunub. O da amnistiyya düşmür. Və ya 220.2 maddəsi ilə ittiham olunan REAL sədri İlqar Məmmədov, 179.3.2 ilə ittiham olunan Xədicə xanım da amnistiyadan kənarda qalırlar. Çünki həmin maddələr də ağır cinayətlər kateqoriyasına aiddir.

- Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rauf Mirqədirov... Bu gün azadlıqda olsalar belə, şərti buraxılıblar. Onlar amnistiyaya düşürlərmi?

- Xeyr, amnistiya onlara da tətbiq olunmur. Onların maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və bu kateqoriyaya aid məhkumlar amnistiyaya düşmürlər.

- Ümumilikdə bu amnistiya haqda qərarı necə dəyərləndiririsiz?

- Açığı, bir adam da azadlığa çıxırsa, bunu yüksək qiymətləndirmək lazımdır. Yaxşı olan odur ki, amnistiya indidən elan edilsə də, iyunun 15-dən qüvvəyə minəcək. Bu o deməkdir ki, həmin müddətədək məhkəmədə böyük ictimai təhlükə törətməyən şəxslər haqqında hökm çıxacaqsa onlar da amnistiyanın təsiri altına düşəcəklər. Təbii ki, hökmdən apelyasiya verməyəcəklərsə. Bunu müsbət sayıram. Amma amnistiyanın Cinayət Məcəlləsinin 221.2, 220.2 və yaxud da 179-cu maddəsinin tətbiq edilməməsini başa düşə bilmirəm. Ümumlikdə iqtisadi cinayətlə bağlı məhdudiyyətlərin qoyulmasını mənfi qiymətləndirirəm. Dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilirsə, yaxşı olardı onlara da amnistiya aktı şamil edilsin. Çox əfsuslar olsun ki, amnistiya12 ildən artıq və ya daha ağır - ömürlük azadlıqdan məhrum edilənlərə də tətbiq olunmur. Buna görə də cəzasının başa çatmasına 5 ay qalmasına baxmayaraq Əli İnsanovun amnistiyaya düşməməsini mənfi hal kimi qiymətləndirirəm.

- Başqa ölkələrin təcrübəsində necədir? Ağır cinayət və ya iqtisadi cinayət törədənlər amnistiyaya düşürlərmi?

- Özbəkistan, Türkmənistan, hətta İran, Rusiya kimi dövlətlərdə belə bu maddələr amnistiyaya düşür. Hələ mən demokratik dövlətləri demirəm, orda amnistiyanın tətbiqi dairəsi daha geniş olur. Belə dövlətlərdə ağır cinayətlər birinci növbədə amnistiyanın təsiri altına düşür. Çox əfsuslar ki, Azərbaycanda konkret maddələrə məhdudiyyət qoyulur, bununla konkret şəxslərin cəzaçəkməsi nəzərə alınır, buna görə başqaları da əziyyət çəkirlər. Məsələn, CM-nin 221.2-ci maddəsi ilə ittiham irəli sürülmüş Seymura görə bu maddə də amnistiyaya düşmür. Ümumiyyətlə, o maddəni amnistiya qərarında ayrıca vurğulanmasını da düzgün saymıram. Buna ehtiyac yox idi. Sadalasam daha çox nöqsan var, amma elə bunlar da yetərlidir.

XS
SM
MD
LG