Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 11:59

Sevinc Məhərrəmovanın qətlində günahlandırılan ərinə 15 il…


Sevinc Məhərrəmova
Sevinc Məhərrəmova

Bakının Xəzər rayonu, Zirə qəsəbəsində həyat yoldaşını bıçaqla qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayevə 15 il həbs cəzası kəsilib

Bakının Xəzər rayonu, Zirə qəsəbəsində həyat yoldaşını bıçaqla qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayevə 15 il həbs cəzası kəsilib.

İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə görə, 43-yaşlı Qarayev xanımını öldürməklə yanaşı, həm də həmin vaxt qarşısına çıxan qonşuya bıçaqla xəsarət yetirməkdə təqsirli bilinib.

Qətlə yetirilən 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova 2020-2021-ci illərdə bir neçə dəfə polisə şikayət edib, ərinin onu döydüyünü bildirib.

Zərərçəkmiş tərəfin vəkili Zibeydə Sadıqova hökm elan olunmazdan öncə çıxışında deyib ki, bu qətl hadisəsinin baş verməsinin səbəbi dövlət orqanlarının biganəliyidir.

Şikayətlərə baxılmayıb

Vəkilin sözlərinə görə, Məhərrəmova sonuncu dəfə 2021-ci ilin martında ağacla döyülüb və bu barədə polisə şikayət edib.

Onun xatırlatmasına görə, son nəticədə onun ərinə cinayət məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Vəkil deyir ki, Sevinc Məhərrəmova 4 ay iki azyaşlı övladını görə bilməyib, bununla əlaqədar dövlət qurumlarına şikayəti də nəticəsiz qalıb:

“Sevinc dəfələrlə polisə müraciət etsə də, bu barədə mediada məlumat getsə də, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, Xəzər rayon İcra Hakimiyyəti, Ombudsman Aparatı uşaqların həyatıyla maraqlanmadı. Uşaqlarını qaytarmaq üçün Sevinc məcbur olub yenə də ona zorakılıq edən şəxsin yanına geri döndü və az sonra bu hadisə baş verdi”

Vəkil vurğulayıb ki, polislər qadının şikayətinə ciddi yanaşmayıb, onun təhlükəsizliyi təmin olunmayıb.

Sadıqova çıxışında təqsirləndirilən Qarayevə 20 il həbs cəzası tələb etməklə yanaşı, həm də polis əməkdaşlarının hərəkətsizliyə görə cəzalandırılmasını istəyib. Xahiş edib ki, məhkəmə bu məsələ ilə əlaqədar xüsusi qərar qəbul edib, Baş Prokurorluğa göndərsin.

“Mənim onu öldürmək fikrim olmayıb...”

Füzuli Qarayev isə özü son sözündə addımından peşman olduğunu söyləyib.

“Mənim onu öldürmək fikrim olmayıb...”, - təqsirləndirilən şəxsin son sözü belə olub.

Qarayev məhkəmədə ifadəsində ailəsində yaşananlara görə, feministləri günahlandırmışdı. O, iddia edirdi ki, Sevinc Məhərrəmova öz xalası qızı vasitəsilə feministlərə qoşulandan sonra ailədə ciddi problem yaranıb, evdən tez-tez çıxıb gedib:

“Özü də mənə etiraf etdi ki, onu öyrədirlər. Deyirlər ki, sən onun üçün uşağa baxansan? Şikayət elə, əvvəl-axır tutacaqlar, sən də alimentini alacaqsan, sosial alacaqsan, öz həyatını yaşayacaqsan...”

Məhkəmədə səslənən fikirlərə, hələlik, nə sözü gedən qurumların, nə də Sevinc Məhərrəmovanın yaxınlarından münasibət almaq mümkün olub.

Amma buna qədər istər Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlar, istərsə də Məhərrəmovanın yaxınları ittihamları qəbul etməyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG