Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

'Sevil' sakinləri Prezident Administrasiyası önündə


Şikayətçilər
Şikayətçilər

«Sevil» yaşayış massivində (Bakı-Şamaxı yolu üstə, Xırdalan şəhərinə yaxın) ev tikmiş 20-yə yaxın sakin bu gün, yanvarın 31-də Prezident Administrasiyasına (PA) şikayətə gəliblər.

Onların sözlərinə görə, 2012-ci ildə həmin ərazidə torpaq alıblar: «2015-ci ilə kimi həmin torpaqlara çıxarışlar almışıq, 6-7 idarənin sənədləri əlimizdə var. Adam var 30 min, adam var 50 min manat xərcləyib ev tikdirib. İndi vaxtilə bizə torpaq satan şəxslərin məhkəməsi gedir. Məlum olur ki, bu torpaqlar örüş yerləri olub, onları satmaq düzgün deyilmiş».

Şikayətçilərin vurğulamasına görə, onlar bu məsələdə ziyan görməməlidirlər: «Biz deyirik ki, həmin şəxslər nə ediblər, öz işləridir. Qanunsuz iş görüblər, cavab verərlər. Amma bundan biz niyə əziyyət çəkməliyik?».

Sakinlərin deməsinə görə, indi məhkəmədə torpaqların qaytarılması məsələsi gündəliyə çıxıb. Bununla bağlı onlar Abşeron Rayon İcra Hakimiyyəti (həmin torpaq Abşeron rayonuna aiddir) nümayəndələri ilə görüşmək istəyiblər. Amma demələrinə görə, onları qəbul edən olmayıb.

Sakinlər deyirlər ki, bundan sonra isə Prezident Administrasiyasına gəlməyi vacib sayıblar.

Onları yanvarın 31-də PA-da qəbul ediblər.

«Bizi dinlədilər, fevralın 1-də gəlməyimizi istədilər. Dedilər ki, hüquqşünaslarla bizi görüşdərəcəklər. İndi sabah, fevralın 1-də yenidən bura gələcəyik»,-deyə qəbulda olanlardan biri vurğulayıb.

Bu deyilənlərə, hələlik, Abşeron Rayon İcra Hakimiyyətindən və başqa uyğun rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG