Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:46

Seul merinin meyiti tapılıb


Seul meri Park Won-Soon
Seul meri Park Won-Soon

Uzun müddətdir ki, Seul şəhərinin meri olan Park Won-soon-un meyiti tapılıb.

İyulun 9-da Cənubi Koreya polisi bildirib ki, qızı atasının əl telefonunda “vəsiyyətə bənzəyən” mesaj qoyduğunu deyib.

Reuters xəbər verir ki, merin meyiti yüzlərlə polisin qatıldığı axtarışın əsnasında, gecə yarısı Seulun şimalındakı Buqak dağında aşkar edilib.

Onun mobil telefonundan siqnallar son dəfə məhz burada aşkar edilmişdi.

Seul bələdiyyə polisi ölümün səbəbi barədə heç bir məlumat verməyib.

Polis rəsmisi Choi Ik-soo televiziya ilə yayınlanan brifinqdə müxbirlərə deyib ki, ölüm yerinin ətrafında şübhəli heç nə aşkar olunmayıb, lakin hadisənin daha detallı təhqiqatına ehtiyac var.

Yonhap xəbər agentliyi bildirir ki, cənab Parkın keçmiş katibəsi iyulun 7-də cinsi qısnamaya məruz qaldığı barədə rəsmi şikayət vermişdi.

Choi bildirib ki, bu cinaəyt şikayəti əsasında Parka qarşı təhqiqat davam edir.

“Vəsiyyətə bənzəyən” mesaj

Parkın qızı atasının itdiyi barədə məlumatı polisə yerli vaxtla axşam saat 17 radələrində verib.

O bildirib ki, atasının telefonu bağlı idi, lakin o telefonda “vəsiyyətə bənzəyən” mesaj qoymuşdu.

10 milyonluq əhalisi olan paytaxtın meri kimi Park, Cənubi Koreyanın ən nüfuzlu siyasətçilərindən biri idi və koronavirus pandemiyasına effektli reaksiyası ilə tanınmışdı.

Park 2022-ci ildə keçiriləcək prezident seçkisində potensial namizədlərdən biri hesab olunurdu.

Onun meyiti bir saatadək davam edən axtarışın gedişində Seulun çox yaxınlığında olan ən dağlıq və ən mənzərəli yerlərdən birində tapılıb.

Polis axtarış zamanı dronlardan və itlərdən istifadə etmişdi.

Park meriyanın binasını iyulun 8-də səhər 10 radələrində tərk edərkən başında qara papaq və belində yol çantası olduğu deyilir.

O bundan əvvəl həmin səhərə təyin edilmiş iclası ləğv etmişdi.

Qadın haqlarının müdafiəçisi

Əvvəllər tanınmış insan haqları fəalı və müdafiəçisi olan Park Seul şəhərinə 2011-ci ildən başçılıq edirdi və bu müddətdə gender bərabərliyi istiqamətində çoxsaylı işlər görmüşdü.

Park vəkil kimi 1990-cı illərdə Cənubi Koreyada cinsi qısnamaya dair ən erkən işlərdən birində qələbə qazanmışdı və “əyləncə qadınları” kimi tanınanların hüquqlarının qızğın müdafiəçisi olmuşdu.

“Əyləncə qadınları” II Dünya müharibəsi illərində Yaponiyanın Koreyanın işğalı zamanı burada yaratdığı hərbçi fahişəxanalarında seks köləsi edilən qadınlara verilən ad idi.

Park habelə 2018-ci ildə #MeToo hərəkatı başlanandan sonra nüfuzlu siyasətçiləri cinsi təcavüzdə ittiham edən qadınların cəsarətini alqışlamlışdı:

“Fərdi qəhrəman qadınların əzmkarlığı kifayət deyil, bu işdə həm də həmrəylik lazımdır”.

O habelə 2017-ci ildə keçmiş prezident Park Geun-hye-nin vəzifəsindən uzaqlaşdırılmasına təkan vermiş kütləvi “qəndil nümayişlərində” aparıcı rol oynamışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG