Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 09:29

Səudiyyənin İstanbul konsulunun Türkiyəni tərk etdiyi deyilir


Türkiyə polisi İstanbuldakı Səudiyyə konsulluğunda axtarışı başa çatdırıb
Türkiyə polisi İstanbuldakı Səudiyyə konsulluğunda axtarışı başa çatdırıb

The Washington Post Türkiyənin dövlət xəbər agentliyinə istinadən bildirir ki, Ankara rəsmiləri jurnalist Jamal Kashoggi-nin yoxa çıxması ilə bağlı onun iqamətgahında axtarış aparılacağını elan etdikdən bir neçə saat sonra Səudiyyənin İstanbuldakı konsulu Türkiyəni tərk edib.

Anadolu xəbər agentliyi oktyabrın 16-da bildirib ki, konsul Mohammed al-Otaibi yerli vaxtla saat 14 radələrində Türkiyəni təyyarə ilə tərk edib.

Bu xəbər Səudiyyə Ərəbistanı tərəfindən şərh olunmayıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirmişdi ki, polis konsulun rəsmi iqamətgahında və konsulluğun avtomobillərində axtarış aparacaq.

Türkiyə ekspertləri oktyabrın 16-da səhər saatlarında Səudiyyənin İstanbuldakı konsulluğunda aparılan axtarışı başa çatdırıblar.

Türkiyə rəsmiləri narahatdırlar ki, jurnalist Jamal Kashoggi konsulluğun binasında öldürülə və cəsədi yox edilə bilərdi.

Səudiyyə Ərəbistanı bu kimi iddiaları “əsassız” adlandıraraq rədd edir, lakin ABŞ mediasının yazdığına görə ər-Riyad jurnalistin konsulluqda öldüyünü etiraf etməyə, lakin bunun dindirmə zamanı təsadüfən baş verdiyini bəyan etməyə hazırlaşır.

XS
SM
MD
LG