Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:25

Səudiyyə Ərəbistanında bir yəmənli ölümə məhkum edilib


Ər-Riyad, arxiv foto

Dekabrın 29-da Səudiyyə Ərəbistanında məhkəmə, ötən ay paytaxt Riyadda canlı şouda ifaçılara hücum etməkdə ittiham olunan bir yəmənli kişini edam cəzasına məhkum edib.

Eyni hadisəyə görə mühakimə olunan başqa bir şəxs isə 12 il yarım azadlıqdan məhrum edilib. Bu barədə "Əl-Ekhbariya" televiziyası məlumat yayıb.

Polisin məlumatına görə, noyabrın 11-də baş verən hücumda biri qadın olmaqla üç nəfər yüngül xəsarət alıb.

Dekabrın 29-da keçirilən prosesdə məhkəmə həbs olunan şəxsi Yəməndəki Əl-Qaidə komandirindən əmr almada günahkar bilib.

Son aylarda Səudiyyə Ərəbistanı müəyyən islahatlar keçirmək istəyir. Amma buna baxmayaraq krallıq qadın hüquqları fəallarının həbsi və səudiyyəli jurnalist Camal Khashogginin ölkənin İstanbuldakı konsulluğunda öldürülməsi ilə bağlı beynəlxalq tənqidlə üzləşməkdədir.

XS
SM
MD
LG