Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Mike Pompeo dron hücumunda İranı günahlandırır


Mike Pompeo,20 avqust 2019.
Mike Pompeo,20 avqust 2019.

ABŞ Dövlət katibi Mike Pompeo, İranı Səudiyyə Ərəbistanının neft istehsalı obyektlərinə 10 dron zərbəsi vurmaqda günahlandıraraq, Tehranın qlobal enerji tədarükünə "misli görünməmiş hücum" etdiyini deyib.

Sentyabrın 14-də Yəməndəki iranpərəst huti qruplaşması Səudiyyə Ərəbistanının şərq hisssindəki iki neft emalı müəssisəsinə dron zərbələri vurmada ittiham olunur.

Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 5 milyon barel azaldıb

Xəbər verilir ki, dron hücumlarından sonra Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 5 milyon barel azaldıb. Bu isə dünyanda gündəlik neft istehsalının təxminən 5 faizi deməkdir.

"Tehran Səudiyyə Ərəbistanına edilən 100-ə yaxın hücumun arxasında durur, Rohani və Zərif isə diplomatiya ilə məşğul olduqlarını iddia edirlər..." deyə Pompeo "Twitter" postunda yazıb.

Pompeo dünyanın enerji təchizatına misli görünməmiş bir hücum edildiyini bildirir.

"Biz bütün ölkələri açıq və birmənalı şəkildə İranın hücumlarını pisləməyə çağırırıq və İran təcavüzünə görə məsuliyyət daşıyır."

Mike Pompeo
Mike Pompeo

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ilin mart ayından bəri İranın dəstəklədiyi huti üsyançılarına qarşı mübarizə aparır.

Məlumata görə, Prezident Donald Trump Şahzadə Muhammed-ə "Səudiyyə Ərəbistanının özünümüdafiəsi üçün dəstəyini" təklif edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG