Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:21

ABŞ-ın baş prokuroru dindirilib


ABŞ-ın baş prokuroru Jeff Sessions
ABŞ-ın baş prokuroru Jeff Sessions

ABŞ-ın baş prokuroru Jeff Sessions 2016-cı il prezident seçkisi kampaniyası zamanı Rusiya və Trump arasında mümkün sövdələşməni araşdıran xüsusi prokurorun ofisində dindirilib.

Ədliyyə Nazirliyi belə bir dindirmənin olduğunui yanvarın 23-də verdiyi məlumatla təsdiq edib. Məlumatda Jeff Session-ın ötən həftə sorğu-sual edildiyi deyilir. Beləliklə, Sessions xüsusi prokuror Robert Mueller-in ofisi tərəfindən dindirilən ilk kabinet üzvü olub.

AzadlıqRadiosu xəbər verir ki, baş prokuror təyin edilməzdən əvvəl Trump-ın seçki kampaniyası rəsmilərindən olmuş Sessions-ın dindirilməsi Trump-ın Rusiya rəsmiləri ilə mümkün əlaqələrini araşdıran təhqiqatda çox ciddi hadisədir.

Media Sessions-ın ovaxtkı Rusiya səfiri ilə bir neçə görüşü barədə məlumatı gizlətdiyini yazandan sonra, baş prokurorözünü ABŞ seçkisinə Rusiyanın müdaxiləsini araşdıran təhqiqatdan uzaqlaşdırıb.

ABŞ kəşfiyyat orqanlarının gəldiyi nətciəyə görə Rusiya 2016-cı ilin prezident seçkisinə Donald Trump-ın namizədliyinə kömək məqsədilə müdaxilə edib.

Mueller və Konqresin azı üç komitəsi Rusiyanın seçkiyə müdaxiləsini araşdırır.

Kreml müdaxilə barədə ittihamları rədd edir. Trump Rusiya ilə hər hansı sövdələşməyə girdiyinə dair iddiaları dəfələrlə təkzib edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG