Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 06:11

ABŞ baş prokuroru Konqresdə sorğu-suala çəkilib


ABŞ-ın baş prokuroru Jeff sessions

ABŞ Konqresinin üzvləri Birləşmiş Ştatların baş prokurorunu prezident Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasındakı mümkün münasibətlərə dair bildiklərini deməsi üçün sorğu-suala çəkiblər.

Baş prokuror Jeff Sessions-ın noyabrın 14-də Konqresin Ədliyyə Komitəsi qarşısında ifadə verməsi xüsusi prokuror Robert Mueller-in Rusiya ilə əlaqələrə dair araşdırmasının dərinləşdiyi vaxta təsadüf edib.

Trump-ın seçki kampaniyasının keçmiş rəhbərinə qarşı rəsmi ittiham irəli sürüləndən bəri Ağ Evdəki gərginlik artmaqdadır.

Trump-ın erkən dəstəkçilərindən biri olan Jeff Sessions özünün əlaqələri ilə bağlı yanlış məlumatlar verdikdən sonra könüllü şəkildə özünü Federal Təhqiqatlar Bürosunun Trump kampaniyasına dair təhqiqatına nəzarətdən kənarlaşdırıb.

Bundan əvvəl Trump FTB-nin direktoru James Comey-ni vəzifəsindən azad etmişdi. Robert Mueller-in bu iş üzrə xüsusi prokuror təyin edilməsinə də Trump-ın bu aktı səbəb olmuşdu.

Trump indiyədək Mueller-in təhqiqatından narazı olduğunu dəfələrlə ifadə edib.

Konqres komitəsinin bu dindirməsi zamanı Sessions xarici siyasət müşaviri George Papadopoulos-la söhbətinin məzmununa dair suallara cavab verməli olub.

Papadopoulos Avropada Rusiyanın vasitəçiləri ilə əlaqələri barədə FTB-yə yalan dediyini etiraf edib.

Session bundan əvvəlki dindirmə zamanı 2016-cı ilin martında yer almış bu görüşü xatırlmadığını bildirmişdi.

Bu görüş zamanı Papdopoulos Trump-la Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilməsini təklif etmişdi.

XS
SM
MD
LG