Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:13

Səs yazısı yayılan dekan müavinindən xəbər var (video)


Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova rektorluğun yanvarın 27-də keçirilən iclasına dəvət edilib. Sosial şəbəkələrdə yazılan səs yazısı ətraflı müzakirə olunub. Qeyd edilib ki, mesajda səslənən fikirlər ifadə tonuna və məzmununa görə bir sıra hallarda etik qaydalardan kənara çıxır və fikrin belə ifadə edilməsi arzuolunmazdır”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın səs yazısının yayılması olayı ilə bağlı təhsil müəssisəsinin yaydığı məlumatda belə deyilir.

modern.az-ın yayadığı məlumatda bildirilir ki, iclasda A.Zeynalova səs yazısının ona aid olduğunu bildirib, fikirlərini əsaslandırmağa çalışıb.

Səsi yayılan dekan müavini iclasda deyib ki...

“Dekan müavini öz səhvini etiraf edib. O, bildirib ki, Bakı Dövlət Universitetinin ən qabaqcıl və zəngin tarixi ənənələrə malik fakültələrindən biri, onun müəllimləri, fakültənin rəhbərliyi və tanınmış alimlər barədə sosial şəbəkələrdə yayılan etik normalara sığmayan yazılar, təhqir və şəxsiyyətin alçaldılmasına ünvanlanmış məlumatlar onda ciddi narahatlıq doğurub”, məlumatda bildirilir.

Bununla belə, BDU bildirir ki, dekan müavininin hisslərini idarə edə bilməməsi pis hal kimi qiymətləndirilib.

Jurnalistika fakültəsinin rəhbəri Cahangir Məmmədliyə tapşırılıb ki, bu məsələ fakültə Elmi Şurasında ətraflı müzakirə edilsin, müəllim-tələbə münasibətlərinin yaxşılaşdırılması məsələsi ciddi nəzarətdə saxlanılsın.

Yanvarın 23-də sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbə qruplarının nümayəndələrini hədələdiyi iddia olunan beş dəqiqəlik audioyazı yayılmışdı.

Həmin səs yazısında Aytəkin Zeynalova qrup nümayəndələrini tələbələri nəzarətdə saxlamağı tələb edirdi. Deyirdi ki, kimsə dekan səlahiyyətlərini icra edən Cahangir Məmmədlini, Zeynalovanın özünü, Könül adlı digər dekan müavinini tənqid etməyə cürət edərsə, cəzalandırılacaq.

Yanvarın 26-da A.Zeynalovaya aid daha bir səs yazısı yayılmışdı. Həmin səs yazısı da eyni məzmunlu idi.

Aşağıdakı videonun 1.52-ci dəqiqəsindən Aytekin Zeynalovanın səs yazısını dinləyə bilərsiz.

Hansı nazirliklər və dövlət idarələri ləğv oluna bilər?
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG