Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Sərhəddə atışma olub, ölənlər var


Yardımlı
Yardımlı

Martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəddə atışma olub. Dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bilgi yayıb.

Xəbərdə bildirilir ki, saat 04:10 radələrində işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrupun sərhəddi pozub Azərbaycandan İran tərəfə keçmək istədikləri bəlli olub.:
“ Qaranlıq və sıx duman şəraitində təqib olunanlar sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayıb, silahlı müqavimət göstəriblər. ”.

Mətbuat mərkəzi bildirir ki, nəticədə sərhəd pozucularından 5 nəfər yaralanıb, 2 nəfər isə saxlanıb. Hadisə yerinə hərbi həkimlər qrupu çağırılsa da yaralanan sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb:

“Qanunsuz dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar edilib”-deyə mərkəz bildirir.

Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirir.

XS
SM
MD
LG