Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Rusiya saytı üçüncü ‘Noviçok şübhəlisinin’ adını çəkir


Ruslan Boshirov (solda) və Aleksandr Petrov RT kanalına müsahibə verərkən
Ruslan Boshirov (solda) və Aleksandr Petrov RT kanalına müsahibə verərkən

Rusiyanın fontanka.ru iddia edib ki, Rusiya hərbi kəşfiyyatı GRU-nun əməliyyatçısı Sergey Fedotov bu ilin əvvəllərində Britaniyada keçmiş casus Sergey Skripalın həyatına qəsddə iştirak etmiş üçüncü agentdir.

Kəşfiyyat məsələlərini təhqiq edən Bellingcat saytı bundan əvvəl Britaniyada Skripal və onun qızı Yulia-nı zəhərləmiş iki GRU zabitinin həqiqi adlarının Aleksandr Mishkin və Anatoly Chepiga olduğunu bildirmişdi. Sayt bunu da iddia edirdi ki, bu iki zabit Ukraynadakı fəaliyyətlərinə görə prezident Putin tərəfindən Rusiya Federasiyasının qəhrəmanı medalı ilə təltif ediliblər.

Oktyabrın 10-da fontanka.ru saytı yazıb ki, Britaniya Mishkin və Chepiga ilə birlikdə Britaniyada əməliyyata yollanmış üçüncü zabitin – 45 yaşlı Fedotov-un adını elan etməyə hazırlaşır. Miskin və Chepiga Britaniyaya Aleksandr Petrov və Ruslan Boshirovun adına olan pasportlarla gəlmişdilər.

Sayt bildirir ki, Fedotov Britaniyaya 2016, 2017-ci illərdə səfər edib. O sonuncu dəfə Britaniyaya bu il martın 4-də gedib. Həmin gün Mishkin və Chepiga da Britaniyaya səfər etmişdilər və bundan sonra Skripal və onun qızı İngiltərənin Solsberi şəhərində huşsuz vəziyyətdə tapılmışdılar.

Bundan başqa fontanka.ru yazır ki, Fedotov da Mishkin və Chepiga kimi 2014-cü ilin yanvar və fevralında Çex Respublikasına səfər edib.

Fontanka.ru saytının bu məlumatından əvvəl Çexiya Radiosu 2014-cü ildə sözü gedən iki zabitin Praqada Skripalı güddüyünü xəbər vermişdi.

Britaniya bildirir ki, Skripallar hərbi təyinatlı Noviçok adlı kimyəvi maddə ilə GRU-nun zabitləri Petrov və Boshirov tərəfindən zəhərləniblər.

Rusiya bu hadisədə hər hansı rolunun olduğunu inkar edir.

Ötən ay The Telegraph qəzeti yazmışdı ki, Britaniya polisi Skripalların həyatına qəsd cəhdindən əvvəl bu ölkəyə kəşfiyyat məqsədilə səfər etmiş üçüncü Rusiya agentinin kimliyini müəyyənləşdirib.

Qəzet həmin şəxsin adını çəkmirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG