Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:56

Lavrovun 10 milyon dollarlıq daşınmaz əmlakı ‘tapılıb’


Sergey Lavrov

Nüfuzlu The Insider saytı yazır ki, Rusiyanın xarici işlər naziri Sergei Lavrov ümumi dəyəri 600 milyon rubl (9 milyon 756 min dollar) olan daşınmaz əmlaka malikdir və bu, Rusiyanın 1 nömrəli diplomatının gəlirlərindən qat-qat çoxdur.

The Insider bildirir ki, əgər Lavrov bu mülkiyyəti bazar qiymətinə öz cibindən almış olsaydı, buna onun 120 illik maaşı belə çatmazdı.

Lavrov 16 ildir ki, Rusiyanın Xarici İşlər Nazirliyinə rəhbərlik edir.

The Insider yazır ki, Lavrovun 499 kvadratmetr sahəsi olan malikanəsi Rublyovo- Uspensk şossesinin üstündə yürləşən Jukovka kəndindədir.

Jukovkada əvvəllər hökumət daçaları yerləşirdi və indi bura Moskva ətrafının ən bahalı rayonlarından biri sayılır.

The Insider bildirir ki, sözü gedən evin qiyməti aşağısı 300 milyon rubl ola bilər.

Sayt bunu da bildirir ki, Lavrovun daha bir daşınmaz əmlakı Moskvanın mərkəzində Puşkinskaya metrosunun yanındakı mənzildir.

Sahəsi 247 kvadratmetr olan bu mənzilin də bazar qiyməti 300 milyon rubldur.

Rəsmi sənədlərə görə bu mənzili xarici işlər nazirinə onun qızı bağışlayıb.

Amma burası da var ki, atasına ev bağışlayanda qızın 25 yaşı vardı və qız o vaxt bizneslə məşğul olmurdu.

Lavrov bu xəbərlə bağlı hələlik heç bir şərh verməyib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, baş nazir Dmitry Medvedevin istefasından sonra Sergei Lavrov rəsmən xarici işlər nazirinin əvəzi sayılır.

XS
SM
MD
LG