Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Serbiya Taylandın keçmiş baş nazirinə vətəndaşlıq verir


Yingluck Shinawatra
Yingluck Shinawatra

Serbiya Taylandın ölkədən qaçaq düşmüş keçmiş baş naziri Yingluck Shinawatra-ya vətəndaşlıq verib.

O bundan iki il əvvəl öz ölkəsində mühakimədən qaçmışdı.

Serbiyanın Official Gazette nəşri bu barədə xəbəri avqustun 8-də yayıb.

Serbiya hökuməti Yingluck-a vətəndaşlıq verilməsi barədə qərarı iyunun 27-də qəbul etmişdi.

Hökumət bildirirdi ki, bu, ölkə maraqlarına uyğun olduğu hallarda xarici vətəndaşa Serbiya vətəndaşlığı verilə vbilər.

Shinwatra-nın hazırda harada olduğu bilinmir. Onun barəsində xəbərləri Belqraddakı Serbiya rəsmiləri və Tayland diplomatları hələlik təsdiq etməyiblər.

Xəbər verilir ki, keçmiş Tayland baş naziri Serbiya pasportu ilə Avropa İttifaqı da daxil, yüzədək ölkəyəvizasız səfər edə bilər.

2017-ci ilin sentyabrında, Shinawatra Taylandı tərk etdikdən bir ay sonra ölkənin Ali Məhkəməsi onu səhlənkarlıqda ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum etmişdi.

52 yaşlı baş nazir ona qarşı ziddiyyətli düyü subsidiyası siyasətinə görə irəli sürülmüş ittihamları rədd edirdi.

2011-ci ildən hakimiyyətdə olan Shinawatra Taylandın ilk qadın baş naziri idi.

Shinwatra-nın baş nazirliyi 2014-cü ildə, o səhahiyyətlərini aşmaqda ittiham ediləndə başa çatmışdı.

Bunun ardınca ordu onun hökumətini devirmişdi.

Onun Taylandın baş naziri olmuş qardaşı Thaksin özünə qarşı korrupsiya ittihamlarına görə 2006-cı ildə ölkədən qaçmışdı.

Ona 2009-cu ildə Monteneqro vətəndaşlığı verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG